Xəbərlər
Dövlət neft şirkətinin keçmiş rəhbəri həbsə atıldı
Çinin ən böyk dövlət neft şirkətlərindən olan Çin Neft və Kimya Korporasiyasının (“Sinopec”) keçmiş baş direktoru Van Tyanpu rüşvətə görə 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Nançan şəhər xalq məhkəməsi 2005-2015-ci illərdə “Sinopec”in baş direktoru vəzifəsində işləmiş V.Tyanpunu 3,2 milyon yuan (468 min ABŞ dolları) məbləğində cərimə də edib. Bundan başqa, onun qeyri-qanuni yolla əldə etdiyi bütün qazancı müsadirə olunacaq(azərtac).