2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Döyüş təlimi gündəlik həyat tərzinə çevriləndə

Mülki müdafiə 2-ci Dünya müharibəsindən bəri Ukraynanın milli özünüdərkinə təsir göstərib. Könüllü qüvvələr isə 2014-cü ildə Donbasda başlanan müharibənin əvvəlində əsas rol oynayıb

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın işğalından öncə Kiyevin imkanlı məhəlləsində yerləşən EBSH idman klubu daha çox formada qalmaq istəyənləri cəlb edirdi. İndi isə burada döyüş təlimləri keçirilir. Ukraynanın cənubunda və şərqində qızğın döyüşlərin getdiyi bir vaxtda paytaxtda təlimlərə tələbat yüksəkdir.

AzadlıqRadiosunun müxbiri Aleksandr Palikot klubun işıqlı, müasir məşq otağında kişi və qadınların gülləkeçirməz jiletlər geyindiyini, avtomat silahlar tutduğunu yazır. 12 nəfərlik qrup silahla davranmağı, atəş altında düşmənə yaxınlaşmağı, güllə yarasının qanını kəsməyi öyrənir. Qrup üç həftə ərzində 14 dəfə taktiki və fiziki təlim üçün bir araya gəlib.

Təlimçi Kirilo Kurinniy kursun təzə başlayanlar üçün hazırlandığını deyir. O özü 2014-cü ildə eyni vəziyyətdə olduğunu, o vaxtadək əlində heç silah tutmadığını yada salır. Həmin il Moskva Ukraynanın Krım yarımadasını tutaraq şərqi Donetsk və Luqanskda separatçıları dəstəkləməyə başlayıb.

Həmin vaxt “Sağ Sektor” yarımhərbi qrupuna qoşulan Kurinniy bu ilin fevralında Kiyevdə ərazi müdafiə birliyinə üzv olub. Rusiya işğala bir neçə ay qalmış sərhədə qüvvələr yığdığı dönəmdə Ukraynada çoxsaylı belə birliklər yaradılıb.

Hazırda Kiyevdə azı 10 qurumun dinc sakinlərə hərbi təlim keçdiyi bildirilir. Sıravi ukraynalılar ötən qışın əvvəlindən belə proqramlara üz tutublar. Onda Rusiyanın mümkün işğalı təhdidi böyüyürdü.

Rusiya qüvvələri müharibənin ilk günlərində Kiyevi tuta bilmədilər, daha sonra qüvvələri cənub və şərq hissələrdə əməliyyatlara yönəltdilər.

35 yaşlı IT mütəxəssisi Andrey Şevtsov işğal başlayanda Kiyevi tərk etməyib, Ukrayna IT ordusunda könüllü kimi işləməyə başlayıb. Bu şəbəkə internetdə ölkənin müdafiəsinə töhfə verir. Hazırda Şevtsov, özü dediyi kimi, “yarımhərbi özünütəlimi” davam etdirir.

EBSH idman klubuna gələnlərin çoxu kimi Şevtsov da daha öncə hərbi təlim görməyib. Qrupun bəzi üzvləri deyirlər ki, orduya çağrılıcaqlarını bilirlər, ona görə də mümkün qədər təlim keçmək istəyirlər.

25 yaşlı biznes konsultantı Stanislav Tihonko dostlarının yarıdan çoxunun cəbhə xəttində olduğunu deyir. Fevralın sonunda işğal başlayandan az sonra o da səfərbərlik idarəsinə gedib, ancaq hərbi təlimi olmadığını əsas gətirərək onu qəbul etməyiblər. O indi təkcə təlim kurslarına getmir, hərbi avadanlıq alır, silah icazəsi üçün müraciət edir.

“Hətta sabah məni orduya çağırmasalar belə, küçə döyüşü ehtimalına hazır olmaq istəyirəm”, – Tihonko söyləyib.

Mülki müdafiə 2-ci Dünya müharibəsindən bəri Ukraynanın milli özünüdərkinə təsir göstərib. Könüllü qüvvələr isə 2014-cü ildə Donbasda başlanan müharibənin əvvəlində əsas rol oynayıb. Sonradan orduya birləşdirilib. Rusiya Ukraynada irimiqyaslı hücuma başlayandan sonra isə hərbi təlim ölkədə bir çoxlarının həyat tərzinə çevrilib.

Müdafiə naziri Oleksey Reznikovun sözlərinə görə, hazırda Ukraynanı 1 milyondan çox adam müdafiə edir. Onların 700 minə yaxını silahlı qüvvələrə səfərbər olunub. Qalanları sərhədçilər, milli qvardiyaçılar, federal polisdir. Avqustun 15-də Ukrayna parlamenti hərbi vəziyyəti və səfərbərlik müddətini daha üç ay uzadıb.

24 saat” “
Döyüş təlimi gündəlik həyat tərzinə çevriləndə
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button