2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Döyüşlərdə ölənlərin kredit borcu barədə açıqlama verilib


Azərbaycan Banklar Assosiasiyası (ABA) bugün, dekabrın 2-də ölkənin ərazi bütövlüyü uğurunda həlak olan insanların ailələri və yaralılarla bağlı bəyanat yayıb.

Qurum bildirir ki, son dövrlər bəzi mətbu orqanlarda və sosial şəbəkələrdə bankların kredit borcunun ödənməsi üçün belə insanları narahat etməsi barədə həqiqəti əks etdirməyən məlumatlar yer almaqdadır.

Qeyd edilir ki, prezidentin tapşırıqları və Mərkəzi Bankın tövsiyəsi ilə hərbiçilərin, zərər dəyən vətəndaşların dəstəklənməsi məqsədilə banklar yekdil olaraq aşağıdakı qərarları qəbul ediblər: 

Saytların yığılması Saytlarin yigilmasi

“Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbiçilərimizin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin”.

Habelə vurğulanır ki, təxribat zamanı həyatını itirmiş mülki vətəndaşların da banklara olan istehlak kreditləri, onlara hesablanmış faizlər və digər ödəmələr də tam həcmdə silinir.

 

Yaralananlara da şamil edilir

O, da bildirilir ki, hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılıb:

“Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin bir illik əmək haqqı miqdarında vəsait ödənilsin.Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əməkhaqqı miqdarında birdəfəlik maddi yardım ödənilsin”.

Bəyanatda daha sonra oxuyuruq:

“… Bankların şəhid ailələri və qazilərlə əlaqə saxlaması kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə deyil, yalnız onların müvafiq statusunun müəyyən edilməsi və bankın daxili məlumat bazasında uyğun qeydlərin aparılması məqsədi daşıya bilər.”

 

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Azərbaycan rəsmiləri bildirirlər ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 300 civarında yaşayış məntəqəsini, o cümlədən dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad ediblər.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalıb. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Bu müddətdə, hələlik, Azərbaycan tərəfdən həlak olan, yaralanan və itkin hesab edilən hərbi qulluqçuların sayı açıqlanmır.

Amma mülki insanlardan 100-ə yaxınının öldüyü, 400-dən çoxunun isə yaralandığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button