“DQR” “məhkəmə”si Elnur Hüseynzadə barədə iki ay“həbs qərarı” verib - 24 saat xəbərlər
Now Reading:
“DQR” “məhkəmə”si Elnur Hüseynzadə barədə iki ay“həbs qərarı” verib
Full Article 40 second read

“DQR” “məhkəmə”si Elnur Hüseynzadə barədə iki ay“həbs qərarı” verib

Bu gün qondarma “Dağlıq Qarabağ Respublikası”nın  (DQR) “məhkəmə”si Elnur Hüseynzadə barədə iki ay “həbs qərarı” verib.

“Məhkəmə” iclası qapalı keçirilib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında bildirilib ki, ermənilərin əlinə düşən E. Hüseynzadə mütəmadi olaraq hərbi intizamı pozması və xidmətə çıxmaması səbəbindən bir müddət əvvəl Silahlı Qüvvələrdən tərxis olunub, hazırda hərbi xidmətdə deyil. Müdafiə Nazirliyi KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini erməni təbliğat maşınının uydurmalarına inanmamağa çağırıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası isə  müvafiq beynəlxalq təşkilatların Azərbaycan vətəndaşı Elnur Hüseynzadənin Talış kəndi istiqamətində erməni hərbçiləri tərəfindən saxlanılması barədə məlumatlandırıldığını və onun azadlığa buraxılması üçün müvafiq addımların atıldığını açıqlayıb.  (APA)

Input your search keywords and press Enter.