2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

DSK: Azərbaycanda narkomanların sayı artıb

Yayımlandı: 15 Avqust 2022 15:28

Səhiyyə mərkəzlərində qeydiyyatda olan alkoqol aludəçilərinin sayında isə son zamanlar azalma müşahidə edilib

Azərbaycanda narkomaniya diaqnozu qoyulan insanların sayı artaraq 5 min 964 nəfər olub.

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət Statistika Komitəsinin (DSK) səhiyyəyə dair açıqladığı ötən ilin göstəricilərində belə deyilir.

2019-cu ildə narkomaniya diaqnozu qoyulan insanların sayı 2 min 831, 2020-ci ildə 2 min 723 nəfər oluib. 2021-ci ilin göstəriciləri (5 min 964 nəfər) ən son açıqlanan saydan 2 dəfə artıqdır.

DSK-nın məluamatından aydın olur ki, bu gün Azərbaycanda hər 100 min nəfərə düşən narkomaniya xəstələrinin sayı 29-dan 60-a yüksəlib. Hazırda Azərbaycan xəstəxanalarında 35 min 232 narkomaniya xəstəsi qeydiyyatdadır.

Narkotik və psixoaktiv maddələrdən istifadə nəticəsində yaranan psixi və davranış pozuntuları hallarında da kəskin artım var. 2021-ci ildə 568 hal qeydə alınıb. Ötən il isə bu rəqəm 5 dəfə artaraq 2 min 418 olub.

2021-ci ildə narkotiklə bağlı cinayət sayında da artım https://www.stat.gov.az/news/index.php?id=5286 olub. Qanunsuz narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsinə, daşınmasına, saxlanmasına və satılmasına görə baş verən cinayətlər bir il içərisində 4 min 832-dən 8 min 42-ə yüksəlib. Rəqəmlərdən aydın olur ki, bir il ərzində iki dəfəyə yaxın artım qeydə alınıb.

Foto: Meydan tv

Ötən il narkotiklərlə bağlı cinayət olaylarında 6 min 500-ə yaxın şəxs məhkum edilib. 2020-ci ildə bu göstərici 4 min 200 nəfər olub.

Komitə bildirir ki, 2021-ci ildə 439 nəfərə ilk dəfə alkoqolizm və alkoqol psixozu diaqnozu qoyulub. 2020-ci ilədək isə bu rəqəm hər dəfə 500 nəfərdən çox olub.

Səhiyyə mərkəzlərində qeydiyyatda olan alkoqol aludəçilərinin sayında isə son zamanlar azalma müşahidə edilib. Məsələn, 2021-ci ilin sonunda xəstəxanalarda 10 min 514 şəxs alkoqolizm və alkoqol psixozu diaqnozu ilə qeydiyyatda olub. 2018-ci ildə bu rəqəm 20 mindən çox imiş. Hazırkı rəqəmlərdən aydın olur ki, Azərbaycanda əhalinin hər 100 min nəfərinə 105 alkoqolizm və alkoqol psixozu diaqnozlu xəstə düşür. 2019-cu ilədək bu göstərici 200-dən artıq olub.

Son illərdə sərxoş vəziyyətdə cinayət törədənlərin də sayında azalma qeydə alınıb. Məsələn, 2021-ci ildə sərxoş vəziyyətdə cinayət törədənlərin sayı 199 nəfər olub. 2020-ci ildə bu rəqəm 263, 2019-cu ildə 600-dən yuxarı olub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button