2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

DSMF sədrini general qoruyur? – Şikayət

Göyçay sakini Qasımov Aslan Xanəhməd oğlu tərəfindən 24saat.org-a şikayət məktubu ünvanlanıb.

Məktubda deyilir ki, Dövlət Sosial Müdafiə Fondunun Göyçay şöbəsinin müdiri Kamran Xəlilov onun hüquqlarını pozub. A.Qasımov qeyd edib ki, onun ruhi xəstə sənədləri ilə hərbi xidmətdən yayınması faktı mətbuatda yayıldı: “Bundan sonra xəbəri mətbuata ötürən şəxslərlə ədavət aparmağa başladı. Bu qərəzçiliyin qurbanı isə mənim halal iş stajım oldu ki, 11 il qanunu iş stajımı qəbul etməkdən əsassız olaraq imtina etdi. Ona görə ki, DSMF-nin Göyçay şöbəsinin müdiri Kamran Xəlilovun barəsindək şikayətçilərdən biri Qasımov Sahib Dadaş oğlu mənim qohumum olduğu üçün bunu etdi. Bu adam o dərəcədə azğınlaşıb ki, dövlət idarəsini şəxsi ofisinə çevirib istədiyi özbaşınalığı edir. Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilovun yaratdığı korrupsiya şəbəkəsinin cinayət əməlləri nəticəsində dövlətin büdcəsi talan edilir. Zəhmətlə işləyib iş stajı olan şəxslərin əmək hüquqları pozulur, istənilən rüşvəti verə bilmədikləri üçün iş stajları qəbul edilmir, ancaq özlərinin saxta məhkəmə qətnamələri ilə təyin etdikləri saxta iş stajlarını qəbul edib dövlətə küllü miqdarda ziyanlar vururlar. Kamran Xəlilov Qarabağ müharibəsinin qızğın vaxtı hərbidən ruhi xəstə sənədi ilə yayınıb.Yox əgər yazılanlar yalandırsa nə üçün hərbi biletini nümayiş etdirmir və ya orqanlara müraciət etmir. Çünki Kamran Xəlilov Qarabağın azadlığı uğrunda gedən döyüşlərdən, müharibədən yayınmaq üçün özünə saxta dəlilik kağızı düzəltdirib vətənin müdafiəsindən yayınıb. İndi isə vətənin var-dövlətini talan edir. Bu korrupsioneri isə əmisi oğlu, gömrük generalı Ehtiram Xəlilov himayə edir. Səfərbərlik və hərbi xidmətə çağrış üzrə dövlət xidmətinin rəisi Arzu Rəhimov general Ehtiram Xəlilovun tapşırığı ilə Kamran Xəlilovun hərbi sənədlərini ictimaiyyətə təqdim etmir. Kamran Xəlilov 2009-cu il tarixdən indiyə qədər minlərlə vətəndaşa saxtakarlıqla iş stajı yazdırıb. O bütün bu qanunsuzluqları Göyçay rayon məhkəməsinin hakimi Elxan Babayevlə əlbir olub edib”. Şikayətdə ittiham olunan tərəflərin mövqeyini çap etməyə hazırıq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button