2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

DSX Akademiyasında yanğın…

Dekabrın 6-da saat 16:40 radələrində Bakıda Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının əsas korpusunda yanğın başlayıb

Saytların yığılması Saytlarin yigilmasi

Dekabrın 6-da saat 16:40 radələrində Bakıda Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının əsas korpusunda yanğın başlayıb.

DSX-nin saytında yer alan məlumata görə, əraziyə yanğınsöndürənlər cəlb edilib. Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də hadisə yerinə gəlib.

Əraziyə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları da cəlb edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Turan” Agentliyinə verilən xəbərə görə, hadisə nəticəsində 14 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunur.

Fövqəladə Hallar Nazirliyi isə saat təqribən 18 radələrində bildirib ki, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Yanğının, hələlik, səbəbi açıqlanmır.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button