2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

DSX: '…Bir hərbçi yaralanıb'

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) bildirir ki, martın 20-də saat 02:50-də Ermənistan Silahlı Qüvvələri Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutub. Vurğulandığına görə, kiçik çavuş Ramin Manafov qarşı tərəfdən açılmış atəş nəticəsində yaralanıb: “Hərbi qulluqçu ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilərək əməliyyat olunmuş, həyatı təhlükəsi yoxdur. Hazırda əməliyyat şəraiti sabitdir…”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu açıqlamaya, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

Son həftələr həm Qarabağda, həm də iki ölkənin sərhədində atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Bu ayın əvvəli, martın 5-də isə Qarabağda atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən beş nəfərin həlak olduğu açıqlanmışdı.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. 1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılır. Tərəflər arasında, hələlik, sülh müqaviləsi bağlanmayıb.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button