2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

DSX: Özünü odlu silahla vuran hərbçi klinikada vəfat edib

Yayımlandı: 7 Dekabr 2022 12:57

Kənan Nuriyevin Beyləqanda dəfn olunduğu bildirilir

Odlu silahla özünə xəsarət yetirdiyi iddia olunan Dövlət Sərhəd Xidmətinin əsgəri Kənan Nuriyevin vəfat etdiyi deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Kənan Nuriyevin dekabrın 6-da Gəncə Mərkəzi Klinikasında öldüyü bildirilir.

Qeyd olunur ki, həkimlərin səylərinə baxmayaraq, əsgərin həyatını xilas etmək mümkün olmayıb.

Kənan Nuriyevin noyabrın 30-da özünə xəsarət yetirdiyi açıqlanmışdı.

Hərbi Prokurorluq fakt üzrə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açaraq şahidləri dindirdiyini bildirmişdi.

Kənan Nuriyev dekabrın 7-də doğulduğu Beyləqan rayonu, Örənqala qəsəbəsində dəfn olunduğu bildirilir.

Qəsəbənin icra nümayəndəsinin müavini Yalçın Muradov məlumatı Meydan TV-yə təsdiqləyib.

O bildirib ki, Kənan Nuriyevin özünü odlu silahla vurduğunu deyiblər: “Yəqin, istintaq gedir, nəticəsi bəlli olacaq”.

Meydan TV əsgərin ailəsi ilə əlaqə saxlaya bilməyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button