Loading...
Loading...
Xəbərlər

DTX: Baş Klinik Hospitalın bölmə rəisi və həkimi rüşvətalma ittihamı ilə saxlanılıb

Məhkəmə Vüsal Eyvazov və Hüseyn Ağayev barəsində həbs qətimkan tədbiri seçib

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazovun və həkim Hüseyn Ağayevin çoxsaylı hərbi qulluqçulardan rüşvət almaqda şübhəli bilinərək saxlanıldığı bildirilir.

Bu barədə iyulun 27-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xəbər yayıb.

“Faktla bağlı başlanılan cinayət işi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazovun xidməti vəzifələrinin icrası zamanı Hospitalın digər əməkdaşı Hüseyn Ağayevin vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib”, – DTX-nin məlumatında bildirilir.


24 saat” “DTX: Baş Klinik Hospitalın bölmə rəisi və həkimi rüşvətalma ittihamı ilə saxlanılıb” başlıqlı yazını “”yə istinadən dərc edib.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button