2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

DTX ermənilərin əməliyyatını ifşa etdi, 16 yaşlı azərbaycanlı qız tutuldu – VİDEO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Ermənistan Xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı xüsusi əməliyyatı ifşa ediblər.

Bu barədə REAL TV-nin “Mir Şahinin vaxtı” verilişində məlumat verilib.

Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlıqla ifşa etdiyi erməni xüsusi xidmətlərinin əməliyyatının mərkəzində azyaşlı, şərti adı Fidan kimi göstərilən azərbaycanlı qız durub. O, Ermənistan xüsusi xidmət orqanlarının tərtib etdiyi ssenariyə uyğun olaraq revanşist qüvvələrin, erməni faşistlərin əlində oyuncağa, hətta Njde Qareginin təbliğatçısına çevrilib.

Saytların yığılması Saytlarin yigilmasi

Fidana radikal, nasist Haytarakan qrupunun aparıcı siması Artur Martirosyan və onun tərəfdarları müxtəlif təyinatlı tapşırıqlar verib. Yeniyetmə qızın aldığı ilk tapşırıq Qaregin Njdenin şəklini əlində tutaraq öz təsvirini çəkmək, özü də bunu Bakıda, insanların daha çox olduğu ünvanlarda etmək olub. Onlar bununla da kifayətlənməyiblər. Fidandan hər dəfə daha artıq təxribat xarakterli hərəkətlər etməsini istəyiblər.

Bununla da bir daha görünür ki, erməni xüsusi xidmət orqanlarının hədəfi əsasən sosial şəbəkələr və gənc nəsildir. Odur ki, bu cür qüvvələrin təsiri altına düşməmək üçün xüsusilə gənclər ehtiyatlı olmalı, şübhə doğuran hər hansı məqam haqqında hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər.

24 saat” “DTX ermənilərin əməliyyatını ifşa etdi, 16 yaşlı azərbaycanlı qız tutuldu – VİDEO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button