2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

DTX generalının ailəsində faciə – 3 nəfər öldü

Dünən Naxçıvan MR Kəngərli rayonu ərazisində dəhşətli yol qəzası baş verib. 

Ötən gecə saat 22:00 radələrində Kəngərli rayonunda (Qıvraq düzü deyilən ərazidə) Nuran Ələkbərova məxsus “Mersedes” markalı 68-BC-222 dövlət nömrə nişanlı avtomobillə, N saylı hərbi hissənin  yüksək rütbəli zabitinin idarə etdiyi nömrəsi hələ ki, bəlli olmayan minik avtomobilləri toqquşub.

Saytların yığılması Saytlarin yigilmasi

Nəticədə “Mersedes” markalı avtomobildə olan Naxçıvan DİN-nin əməkdaşı Nuran Ələkbərov, onun həyat yoldaşı və azyaşlı uşağı hadisə yerində həlak olub. Digər avtomobildə olan N saylı hərbi hissənin Nizami Hissə rəisi, Polkovnik Minemət Eminov da hadisə yerində vəfat edib. Dərhal hadisə yerinə yüksək rütbəli məmurlar, hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər.Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Mersedes” markalı avtomobili idarə edən Nuran Ələkbərov Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Fazil Ələkbərovun qardaşı oğludur.

 

(bizimyol)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button