2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

DTX İsmayıllıda əməliyyat keçirdi: bir nəfər öldürülüb

İsmayıllı şəhərində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ölkə hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatına qoşulmuş Azərbaycan vətəndaşı məhv edilib, Dövlət Təhlükəsizliyi Xidməti bildirib.

Məlumatda deyilir ki, Yaşar Cavadov adlı şəxs odlu silah və partlayıcı maddələr əldə edib və dövlət təsisatına hücum edərək terror aktı törətməyə hazırlaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

Yaşar Cavadov “saxlanılmasına silahlı müqavimət göstərərək xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara ictimai yerdə odlu silahdan atəş açmış və cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən məhv edilmişdir”, DTX bildirib.

Avqustun 27-də baş vermiş bu hadisə ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir, DTX-nın saytında yazılıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button