2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

DTX: “Məhkumlar üçün saxta sənəd hazırlayan şəxslərə cinayət işi açılıb”

Yayımlandı: 20 İyul 2022 13:47

Sənədlər kompüter texnologiyalarından istifadə etməklə hazırlanıb”

Dövlət Təhükəsizliyi Xidməti (DTX) məhkumların cəzadan azad edilməsi üçün saxta elektron sənədlər hazırlayan şəxslərə qarşı cinayət işi açdığını deyir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə DTX rəsmi məlumat yayıb.

Bildirilir ki, həmin şəxslər keçmiş məhbuslar – Sənan Mehdiyev, Ehtibar Mehdiyev və Vasif İsmayılovdur.

Qurum adıçəkilən şəxslər barəsində əhatəli məlumat verməsə də, onları saxta sənəd hazırlamaqda ittiham edir:

“Onlar azadlıqda olarkən cinayət əlaqəsinə girərək müxtəlif məhkumların sifarişi ilə bir sıra işlər üzrə zərərçəkmiş tərəflərin adından saxta ərizələr hazırlayıblar”.

Məlumatda vurğulanır ki, hər üç şəxs bu sənədləri internetdə müvafiq rəsmi saytın interfeysinə bənzər, həqiqi olmayan səhifə yaradaraq yerləşdiriblər:

“Bununla da həmin ərizələr məhkəmə prosesləri zamanı rəsmi saytda yerləşdirilib və həqiqiliyi QR kodla təsdiq edilən sənədlər adı altında təqdim olunub. Belə ki, ağır cinayət törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Elgün Hüseynovun cəzasının yüngülləşdirilməsi məqsədilə təqdim olunmuş zərərçəkmiş şəxsin hüquqi varisinin barışıq ərizəsi şübhə doğurub”.

“Nəticədə Ədliyyə Nazirliyi məsələni araşdıraraq belə bir razılığın əldə olunmadığını, müvafiq sənədin kompüter proqramı vasitəsilə saxta yolla hazırlandığını müəyyən edib. Həmin əməldə kibercinayətin əlamətləri olduğundan materiallar aidiyyəti üzrə araşdırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinə təqdim olunub. Müəyyən olunub ki, həmin cinayətkar qrup eyni üsullarla bir sıra digər məhkumların vaxtından əvvəl cəzadan azad olunması məqsədilə guya zərərçəkən tərəflə barışıq əldə olunduğunu, ziyanın ödənildiyini göstərən saxta sənədləri kompüter texnologiyalarından istifadə etməklə hazırlayıb”, – deyə DTX qeyd edib

Qurum hesab edir ki, həmin sənədlər məhkəmə prosesləri zamanı istinad edilməsi üçün aidiyyəti üzrə təqdim edilib, bununla da cinayət əməllərinə yol verilib.

Məlumatda Sənan Mehdiyevin, Ehtibar Mehdiyevin və Vasif İsmayılovun Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri qanunsuz hazırlama, satma), 273-2-ci (kompüter məlumatlarını saxtalaşdırma) və 294.3-cü (sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunduğu qeyd olunub.

Həmçinin bildirilib ki, onların yaratdıqları müvafiq elektron səhifənin fəaliyyəti dayandırılıb.

Dövlət Təhlükəsizliyi Xidməti və Ədliyyə Nazirliyinin birgə yaydığı məlumata görə, saxta sənədlərdən istifadə edən şəxslərin tam dairəsinin müəyyən olunması və digər əlaqəli xüsusatlar üzrə araşdırmalar davam etdirilir.

Adıçəkilən şəxslərin özlərinin və ya vəkillərinin mövqeyi bəlli deyil.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button