2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

DTX “Qarabağ”ın baş məşqçisinin qardaşını həbs etdi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycanda insan orqanlarının alqı-satqı ilə məşğul olanlara qarşı əməliyyatda həbs edilən şəxs “Qarabağ”ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşıdır. 24saat.org xəbər verir ki,bu barədə Apasport.az saytı məlumat yayıb. Vahib Xudadatov vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqədə olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil etməsidi.

Qeyd edək ki, 24saat.org əməliyyatla bağlı DTX-nin İctimai əlaqələr şöbəsinə istinadən məlumat yayıb. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycanda insan orqanlarının alqı-satqı ilə məşğul olanlara qarşı əməliyyat keçirib, bir nəfər həbs edilib. 24saat.org xəbər verir ki, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, insan orqanlarının alqı-satqı obyekti olmaması barədə Azərbaycan Respublikası qanunlarının tələblərinə zidd olaraq ölkə ərazisində orqan alveri ilə məşğul olan, Azərbaycan Respublikası vətəndaşlarını asılı vəziyyətə salıb qanunsuz tələblər irəli sürən, insanları orqanlarının transplantasiyasına vadar edən transmilli şəbəkənin qanunsuz əməlləri barədə məlumat daxil olub. Məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət işi başlanılaraq araşdırmalar aparılır.

Saytların yığılması Saytlarin yigilmasi

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button