2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

DTX xarici vətəndaşı muzdla vuruşmaqda şübhəli sayır


Bəzi xarici vətəndaşların muzdla Azərbaycanın işğalda olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmələrinə və terrorçuluq əməlləri törətmələrinə əsaslı şübhələr yarandığı bildirilir.

Bu barədə bugün, dekabrın 2-də Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

Bildirilir ki, xarici ölkələrin vətəndaşlarının muzdla Ermənistandan Azərbaycanın işğalda olmuş ərazilərinə keçirilməklə qanunsuz silahlı birləşmələr, terrorçu dəstələr halında döyüşlərə cəlb edilmələri ilə bağlı kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda vurğulanır ki, Livan vətəndaşı Viken Eulcekcianın, həmin ölkənin vətəndaşı Hovak Kikiyan, habelə ayrı-ayrı xarici ölkə vətəndaşları ilə birgə muzdla Azərbaycannın işğal olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmə və terrorçuluq əməlləri törətmələrinə şübhələr yaranıb.

Viken Eulcekcianın Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 241.2.3-cü (Terrorçuluq) və başqa maddələr ilə cinayət məsuliyyətinə cəlb edildiyi bildirilir. 

Bu açıqlamaya, hələlik, ittiham edilən şəxslərin və ya onların vəkillərinin münasibətini almaq mümkün olmayıb.

 

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Azərbaycan rəsmiləri bildiririrlər ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 300 civarında yaşayış məntəqəsini, o cümlədən dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad ediblər.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalıb.Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button