2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Duma deputatı Şimali Koreya ilə ‘inteqrasiyaya’ çağırıb

Deputat deyib ki, Şimali Koreyanı “bütün dünyada sosializmin mayakı” hesab edir

Saytların yığılması Saytlarin yigilmasi

“Rusiya Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə inteqrasiyanı gücləndirməli və onun üzərindəki sanksiyaları qaldırmalıdır”.

Bunu Rusiya Dövləıt Dumasının Kommunist Partiyasından deputatı Kazbek Taysayev təklif edib.

Deputat deyib ki, Şimali Koreya Rusiya üzərindən beynəlxalq sanksiyaların qaldırılması üçün fəal çıxış edir.

Taysayev Rusiya Kommunist Partiyası MK-nın katibidir. O 2011-ci ildə Dumaya seçilənədək Şimali Osetiya parlamentinin üzvü olub.

Deputat deyib ki, Şimali Koreyanı “bütün dünyada sosializmin mayakı” hesab edir.

Taysayev Şimali Koreya xalqına Moskvaya verdiyi “daimi dəstəyə” görə təşəkkürünü bildirib.

Yoldaş Linin müraciəti

Rusiya Kommunist Partiyası KXDR Ali Xalq Məclisində Rusiya ilə dostluq deputat qrupunun sədri Li Çxoldan sitat gətirib.

Koreyalı deputatın müraciətində deyilir ki, Moskva və Pxenyan kollektiv Qərb tərəfindən “əsl gözümçıxdıya” salınıblar:

“Okeanın o tayında olan yaramazlar bizi sanksiya paketləri ilə məhv etməyə çalışırlar. Bizi düşmən ölkələrlə əhatələyirlər”.

Koreya deputatı iki ölkəni “birləşməyə” və “dünya səhnəsindəki rolunu gücləndirməyə” çağırıb.

KXDR-ə qarşı sanksiyalara vaxtilə Moskva da qoşulub.

Bu sanksiyalar Pxenyana qarşı onun raket və nüvə sınaqları keçirməsinə görə qoyulub.

24 saat” “
Duma deputatı Şimali Koreya ilə ‘inteqrasiyaya’ çağırıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button