2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Dumanın bombası Bakıya çatacaqmı? – 24 saat

Rusiya Dövlət Duması komitəsinin sədr müavini, “Ədalətli Rusiya” partiyasının üzvü Mixail Delyagin “Rosiyya-24” dövlət kanalındakı çıxışında Bakını bombalamağı təklif edib. Deputat Azərbaycanı “ABŞ-ın satelliti”, “Türkiyənin proksisi” adlandırıb və Rusiyaya qarşı real təhlükə mənbəyi olduğunu vurğulayıb. “Əgər biz buna görə Azərbaycanı birmənalı şəkildə sərt cəzalandırmasaq… Bizə Azərbaycanın neft-qaz sənayesi niyə lazımdır? Lazım deyil. Əgər insanlar söz başa düşmürsə, onda konkret əməllə başa salmaq lazımdır. Əgər bunu etməsək, o zaman biz olmayacağıq, başa düşürsünüz?! İndi məsələ ancaq bu cür qoyulmalıdır”,- Delyagin bildirib.

Daha sonra deputat “Telegram” kanalında sorğu keçirib ictimai rəyi öyrənməyə çalışıb ki, kütlənin bu çağırışına münasibəti necədir.

Azərbaycan Milli Məclisindən, XİN-dən eləcə də Moskvadakı səfirliyindən M.Delyaginin təxribatçı çağırışlarına heç bir reaksiya verilməyib. Yalnız bu gün Baş Prokurorluq Mixail Delyaginin barəsində cinayət işi başlandığı, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham irəli sürüldüyü və barəsində beynəlxalq axtarış elan olundu haqda məlumat yayıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Dünən isə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, deputatın fikirləri Rusiyanın dövlət siyasəti ilə uyğun gəlmir. Rusiya XİN-inin mətbuat katibi Mariya Zaxarova da Delyaginin fikirlərini “qəbulolunmaz” adlandırıb. Rəsmi mövqedən sonra komitə sədrinin müavini sosial şəbəkə hesabından müraciət yayaraq, üzr istəyib.    

M.Delyaginin pesonasına gəlincə, o, adi deputat deyil, Azərbaycana qarşı daim aqressiv münasibəti ilə seçilən Rusiya Hərbi Kəşfiyyatına (QRU) bağlı şəxs olduğuna dair məlumatlar var. İnformasiyalı qaynaqlar onun QRU-nun əsas rəhbərlərindən biri olan Vladislav Surkova yaxın olduğunu bildirirlər.

Müşahidəçilər, ekspertlər Rusiya dövlət kanalından yüksək vəzifəli şəxsin Azərbaycana qarşı hücum çağırışı səsləndirməsini təsadüfi saymırlar. Əksər rəylər belədir ki, əslində, ifadə olunan bu mövqe Rusiya siyasi elitasında gedın müzakirələrdən qaynaqlanır. O zaman sual ortaya çıxır: Rusiyadan Azərbaycana qarşı real təhlükə varmı? Kreml Ukraynadakı uğursuzluğundan diqqəti yayındırmaq üçün Azərbaycana qarşı güc tətbiq edə, onun neft-qaz infrastrukturunu hədəfə ala bilərmi? 

Siyasi şərhçi Rauf Mirqədirov Pressklub.az-a bildirib ki, Putin Rusiyası mövcud olduğu müddətdə qonşu ölkələr üçün ciddi təhdid mənbəyi olaraq qalacaq. “Çünki putinizm ideologiyası məhz təcavüzə əsaslanan ideologiyadır. Mən düşünmürəm ki, hazırda Kremldə Azərbaycana hücum çəkmək, bombardman etmək planları var. Azərbaycan neft sənayesinin hədəfə alınması barədə deyilənlər də inandırıcı deyil. Amma sözsüz ki, bu, Rusiya siyasi elitasında müzakirə olunan məsələdir”, – ekspert vurğulayıb. 

R.Mirqədirov bu fikrini hazırda Rusiyanın xarici iqtisadi əlaqələrinin minimal səviyyəyə düşməsi ilə əsaslandırır: “Ölkənin yeganə valyuta gəlir mənbəyi neft-qazdır. Hazırda Rusiyanın dünya enerji bazarındakı mövqelərində ciddi problemlər yaranıb. Rusiya neft-qazının əsas alıcısı olan Avropa Birliyi, ABŞ onun enerjidaşıyıcılarından imtina etməyə çalışırlar. Gələcəkdə bu addımlar Rusiya üçün ciddi problemlər yaradacaq. Söhbət ondan gedir ki, bu sanksiyalardan sonra Rusiya enerji daşıyıcılarının əsas idxalçıları Asiya ölkələri, ilk növbədə Hindistan və Çin olacaq. Onlar isə mümkün qədər vəziyyətdən istifadə edib, Rusiyadan bu məhsulları ucuz qiymətə alacaq. Azərbaycan isə həm özü enerjidaşıyıcıları ixrac edir, həm də strateji tranzit imkanlarına malikdir. Doğrudur, bizim ölkənin ixrac həcminin ciddi şəkildə dəyişməsi imkanı yoxdur. Azərbaycanla bağlı başqa vacib məsələ odur ki, dünya bazarına enerjidaşıyıcılarının ötürülməsi üçün qovşağa çevrilə bilər. İran, Türkmənistan, Qazaxıstan kimi karbohidrogen ehtiyatları ilə zəngin olan ölkələr öz sərvətlərini Azərbaycan vasitəsi ilə dünya bazarlarına çıxara bilərlər. Bu problem Rusiya üçün həmişə mövcud idi. Təsadüfi deyil ki, Rusiya həmişə Azərbaycandan Avropa bazarlarına neft, qaz ixrac edəcək kəmərlərin əleyhinə çıxırdı. Transxəzər neft-qaz kəmərinin tikintisi bu səbəbdən mümkün olmadı. Uzun müddət Xəzər dənizinin hüquqi statusu ilə bağlı razılığa gəlinmədi. Beləliklə, Azərbaycan vasitəsi ilə Asiya ölkələrinin sərvətlərinin dünya bazarlarına yol tapması problemi Rusiya siyasi elitasının gündəmində həmişə olub”. 

Siyasi təhlilçi istisna etmir ki, perspektiv tranzit imkanlarının qarşısının alınması ilə bağlı konkret planlar işlənib hazırlanıb. “Bu təhdidi biz həmişə real saymalıyıq və onun qarşısını almaq üçün addımlar atmalıyıq”, – o, qeyd edib. 

Rauf Mirqədirov hesab edir ki, Ukrayna böhranının nəticəsindən asılı olaraq,  Türkiyənin regionda təsir imkanları arta bilər. Bu da Azərbaycanın təhlükəsizlik təminatının daha da güclənməsi deməkdir: “Sözsüz ki, Ukrayna ətrafında baş verən qlobal hadisələr beynəlxalq təhlükəsizlik sisteminin yeni mənzərəsini yaradacaq. Onun necə olacağını indidən təxmin etmək olar. Gördüyünüz kimi, Ukrayna öz təhlükəsizliyi üçün əlavə təminatlar tələb edir. Eyni zamanda, bu təminatların beynəlxalq status daşımasında da təkid edir. Bu məsələ yeni imkanlar yaradır. Rusiyanın burnunu ova bilsələr, Ukrayna əz ətrafında toxunulmazılığını təmin edən təhlükəsizlik sistemi yaradacaq. Bu isə postsovet regionunda geniş imkanlar deməkdir. Sözsüz ki, Rusiyada da bunu yaxşı başa düşürlər. Əlbəttə, bu halda, Türkiyənin Cənubi Qafqazda rolu arta bilər. Yəni yeni təhlükəsizlik konfiqurasiyasının yaradılmasında Türkiyənin iştirakı təmin ediləcək. Bu zaman Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında Türkiyənin rolu daha da artacaq. Bu isə Rusiyanın maraqlarına ciddi zərbə deməkdir”. 

Politoloq Ərəstun Oruclu da hesab edir ki, Mixail Delyaginin Azərbaycanın ünvanına təhdidləri adi boşboğazlıq kimi qəbul olunmamalıdır. Ekspert fikrini əsaslandırmaq üçün bir neçə səbəb gətirib: 

“Rusiya hansısa siyasətçinin özbaşına belə bəyanatlar verə biləcəyi ölkə deyil;

Onun söylədiyi açıq təhdiddir və Azərbaycanın enerji infrastrukturunu hədəfə alan xəbərdarlıqdır;

Bu tipli bəyanat Rusiyadan ilk dəfə səsləndirilmir. Ondan əvvəl oxşar təhdidləri bədnam Vladimir Solovyovun verilişlərinin daimi “müştərisi” olan politoloq Sergey Mixeev də səsləndirib;

  1. Mixeev Rusiyada Xəzər üzrə əsas mütəxəssislərdən biri sayılır;

Hal-hazırda sanksiyalar səbəbindən enerji məsələləri Rusiya üçün prioritet mövzulardandır;

Novorossiysk terminalında guya baş vermiş qəza səbəbindən Qazaxıstan neftinin yüklənməsinin həcmi gündə 1 mln barrel azaldılıb. Rusiya onun təmirinin 2 ayadək çəkəcəyini bildirir;

Yaranmış şəraitdə Astana neftin bir hissəsinin tankerlərlə Bakıya daşınaraq, Bakı-Tiflis-Ceyhan kəmərinə vurulmasına çalışır; 

Avropa Birliyi Rusiya qazından və neftindən asılılığı aradan qaldırmağın yolları barədə düşünür ki, bu məsələdə da Qazaxıstan və Azərbaycan alternativlərdən biri kimi nəzərdən keçirilir”. 

Ə.Oruclunun sözlərinə görə, beləliklə, yaranmış şəraitdə Rusiya üçün bütün mümkün alternativlərin sıradan çıxarılması əhəmiyyətli vəzifəyə çevrilir: “Bölgə ətrafında gedən geosiyasi gəlişmələrdə enerji faktorunun nə dərəcədə əhəmiyyətli olduğunu dəfələrlə vurğulamışdıq. O cümlədən də onların daşınması üçün Azərbaycanın sərəncamında olan kəmərlərin. Novorossiysk terminalında “qəza” səbəbindən Qazaxıstanın vəd olunan 2 ay ərzində ixrac edə bilməyəcəyi neftin qiyməti 6 mlrd. dollardan yuxarı olacaq. Rusiya Qazaxıstanı onun boru kəmərlərindən istifadəyə məcbur etməyə çalışır ki, bu halda da “Brent” markalı qazax nefti Rusiyanın ondan xeyli ucuz “Ural” markalı nefti ilə qarışdırılmalıdır”. 

Politoloqun fikrincə, bu təhdid ölkəmizi qazax neftinin Xəzər üzərindən keçməklə BTC vasitəsilə ixracından çəkindirmək məqsədi güdür. Onun sözlərinə görə, Azərbaycanın neft-qaz infrastrukturuna qarşı təxribatlar əvvəllər də olub artıq, amma təəssüf ki, onların hamısı hava şəraiti səbəbindən baş vermiş qəzalar kimi təqdim olunub. “Odur ki, indiki mərhələdə xüsusilə də Xəzərdə təhlükəsizlik tədbirləri gücləndirilməlidir, dənizin dalğalı olduğu günlərdə xüsusilə…” – Ə.Oruclu vurğulayıb.

Turqut 

24 saat” “Dumanın bombası Bakıya çatacaqmı? – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button