2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Dünya Bankı bu il inflyasiyanın 5 faiz azalacağını deyir

Mövcud iqtisadi vəziyyət isə bunu mümkünsüz edir

Dünya Bankı (DB) 2017-ci ildə orta illik inflyasiyanın 5 faizədək azalacağını proqnozlaşdırır. Bu barədəki hesabatda bildirilir ki, 2016-cı ildə Azərbaycanda orta illik inflyasiya 12,6 faiz təşkil edib.
DB –nin məlumatına görə, bu il orta illik inflyasiyanın azalmasına bazardakı məhdud likvidlik səbəb olacaq. Qeyd edilir ki, neftin bahalaşmasına baxmayaraq, böyük ehtimalla, bu il də Azərbaycan iqtisadiyyatında durğunluq olacaq. Buna səbəb neft hasilatının azaldılmasıdır: “Üstəlik, qeyri-neft sektoruna dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin həcminin azalması və bank sektorundakı ağır vəziyyət də bura təsirsiz ötüşmür. Qeyri-neft sektorunun inkişafı zəif olaraq qalacaq. Belə ki, hökumət makroiqtisadi sabitliyi təmin etmək üçün sərt fiskal və monetar siyasətə üstünlük verməkdə davam edəcək. Bununla yanaşı, 2017-2019-cu illərdə ölkənin fiskal mövqeyi ciddi şəkildə yaxşılaşacaq” (APA).
Son illərin təcrübəsi göstərir ki, qiymətlərin artmasıyla yadda qalan inflyasiya prosesinin iqtisadiyyata ciddi təsir gücü var. Bəllidir ki, qiymətlərin artma sürətindən asılı olaraq inflyasiyanın sürünən, yəni mülayim, çaparaq və hiperinflyasiya növləri mövcuddur. Birincidə illik qiymət artım 10-15 faiz olduğu üçün iqtisadçılar onu iqtisadiyyatın normal inkişaf elementi kimi qəbul edirlər. İqtisadçılar ildə 3-9 faiz qiymət artımını inkişaf etmiş əksər ölkələr üçün normal cəhət kimi dəyərləndirilər. Mülayim inflyasiyadan fərqli olan çaparaq inflyasiyada isə 10 faizdən 30 faizədək illik qiymət artımı baş verə bilər. Bu halda problemlər qaçılmazdır və təcili şəkildə əks inflyasiya tədbirləri görülməlidir. Sonuncu həddə qiymətlərin 30-40 faizdən çox artdığı hiperinflyasiyanın iqtisadiyyatı kökündən dəyişmək gücü var.
Yada salsaq, ötən il orta illik inflyasiya 12,4 faiz idisə, İqtisadiyyat Nazirliyindən bu il onun 7,3 faiz olacağı bildirilirdi. Bu ilin iki ayında isə istehlak məhsulları və xidmətlərin qiyməti keçən ilin eyni dövrüylə müqayisədə 12,5 faiz səviyyəsində qərarlaşıb. Ərzaq məhsullarının qiymətlərində inflyasiya 15,6 faiz olub, çörək məmulatı və yarmaların qiyməti 11,3 faiz artıb, ətin qiyməti 19,7 faiz, meyvələr 20,2 faiz, tərəvəz 15,2 faiz bahalaşıb. Qənnadı məmulatlarının qiymətində də nəzərəçarpan artım baş verib. Bunu əksinə olaraq, əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. İnsanların gəlirləri azalıb, nəticədə idxalda geriləmələr baş verib. Milli valyuta olan manat dəyərdən düşüb. Onu inzibati qaydada möhkəm saxlamaq tədbirləri isə daimi xarakter daşımadığından iqtisadi effekt vermir. Bütün bunlar isə inflyasiyanın faizini hansısa həddə aşağı salmaq barədəki açıqlamaları sual altında qoyur.

Saytların yığılması Saytlarin yigilmasi

Sosial şöbə

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button