2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Dünya Bankı zəlzələnin Türkiyəyə vurduğu ziyanı açıqlayıb

Yayımlandı: 1 Mart 2023 14:15

34,2 milyard dollarlıq zərərin arta biləcəyini bildirilir

Fevralın 6-da baş verən iki böyük zəlzələ Türkiyəyə təxminən 34,2 milyard dollarlıq birbaşa ziyan vurub. Bu da ölkənin 2021-ci il ÜDM-nin 4 faizinə bərabərdir.

Saytların yığılması Saytlarin yigilmasi

Dünya Bankının Fəlakətlərin Qiymətləndirilməsi Hesabatında belə deyilir.

Bank qeyd edir ki, hazırki qiymətləndirilən 34 milyard dollarlıq zərər artacaq:

“Bərpa və yenidənqurma xərclərinin iki dəfə çox olacağı gözlənilir. Bu da iqtisadiyyata mənfi təsir edəcək və ÜDM itkilərinə gətirib çıxaracaq. Nəticədə zəlzələlərin xərcləri bir az da artacaq”.

Hesabat müəllifləri onu da qeyd edirlər ki, hazırda Türkiyənin zəlzələ baş verən ərazilərində davam edən ardıcıl təkanlar da zamanla zəlzələ zərərinə əlavə olunacaq.

Fevralın 6-da Türkiyədə baş verən 7,8 və 7,5 bal gücündə zəlzələlər, həmçinin bu günədək olan təkanlar son 80 ildə ən böyük fəlakət hesab edilir.

Fəlakət Türkiyənin cənubundakı 11 əyaləti əhatə edir.

Dünya Bankı bildirir ki, onsuz da bu bölgələr Türkiyədə ən yüksək yoxsulluq göstəricilərinə malik ərazilər idi. Eyni zamanda 1,7 milyondan çox suriyalı qaçqına ev sahibliyi (Türkiyədəki ümumi suriyalı qaçqınların təxminən 50%) edirdi.

Türkiyədəki birbaşa fiziki zərərlərə diqqət yetirən Qlobal Fəlakətdən Sonra Zərərlərin Sürətli Təxmini (GRADE) Hesabatında orta və ya ciddi ziyan və ya binanın tam çökməsi səbəbindən 1,25 milyon insanın müvəqqəti evsiz qaldığı da təxmin edilir.

Hesabatda həmçinin vurğulanır ki, təxmin edilən zərərlərin 81 faizi təxminən 6,45 milyon insanın yaşadığı Hatay, Kahramanmaraş, Qaziantep, Malatya və Adıyaman vilayətlərində baş verib (Türkiyə əhalisinin təxminən 7,4%-i).

Yaşayış binalarına birbaşa dəyən zərər ümumi zərərin 53%-ni (18 milyard dollar) təşkil edir, zərərin 28%-i (9,7 milyard dollar) qeyri-yaşayış binalarında (məsələn, səhiyyə müəssisələri, məktəblər, hökumət binaları və özəl sektor binaları) və Zərərlərin 19%-i (6,4 milyard dollar) infrastruktura (məsələn, yollar, elektrik enerjisi, su təchizatı) aiddir.

Hesabatdakı zərər təxminlərinə Türkiyə iqtisadiyyatı üçün daha geniş iqtisadi təsirlər və itkilər, yaxud birbaşa zərərlərdən əhəmiyyətli dərəcədə çox ola biləcək və daha dərin qiymətləndirmə tələb edən bərpa və yenidənqurma xərcləri daxil edilmir.

Bu fəlakət Türkiyədə zəlzələ riskinin yüksək olduğunu göstərir. Yəni dövlət və özəl infrastrukturun dayanıqlığını artırmaq ehtiyacı olduğunu xatırladır”, – Dünya Bankının Türkiyə üzrə direktoru Humberto Lopez bildirib.

Humberto Lopez  əlavə edib ki, qiymətləndirmələr hələ də davam edir.

Bura fevralın 20-də Hatay vilayətində baş vermiş 6,3 bal gücündə zəlzələ də daxil ediləcək, güman ki, zərər təxminlərinin məbləği artacaq.

Türkiyədə baş verən zəlzələlərin dağıntılara səbəb olduğu digər ölkə Suriya üçün də Dünya Bankı bərpa və yenidənqurma xəritəsi işləyəcək.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button