2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Dünya Bankının baş iqtisadçısı: “Azərbaycan iqtisadiyyatda monopoliyadan imtina etməlidir”

Bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer deyib. “Neft qiymətlərinin düşməsi nəticəsində Azərbaycan alıcılıq qabiliyyətinin 25%-ni itirib. Azərbaycanda yeni iş yerləri yaradılmalıdır. İxracyönümlü məhsullara üstünlük verilməlidir. Ötən il Bakıda olanda 5 əsas məsələni qaldırmışdım. Öncə pul siyasətinə baxılmalı və çevik məzənnə siyasəti aparılmalıdır. Məzənnə digər ölkələrə uyğunlaşdırılmalıdır. Azərbaycanda məzənnənin korrektəsi gec aparılıb, bu da iqtisadiyyata mənfi təsir edib”.

“İkinci məsələ bank sektorunun sağlamlaşdırılması ilə bağlıdır. Neft qiymətlərinin ucuzlaşdığı bir dövrdə bu, çox vacibdir. Bankları təkcə fiskal sahə hesabına deyil, restrukturizasiya hesabına da sağlamlaşdırmaq lazımdır”.

Saytların yığılması Saytlarin yigilmasi

H.Timmerin sözlərinə görə, Azərbaycanda “İqtisadiyyatda baş verən şokların yaratdığı yük əhali arasında bərabər bölünməlidir. Həmçinin, Azərbaycan ticarət üçün sərhədləri açmalıdır. Xüsusən də, startaplara şərait yaradılmalıdır”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button