2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Dünya boyunca mərkəzi banklar qızıl alışını artırıblar

Dünya ölkələrinin mərkəzi bankları 2022-ci il ərzində qızıl ehtiyatlarını 1136 ton artırıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Reuters Dünya Qızıl Şurasına (World Gold Council – WGC) istinadla yazır ki, bu qədər qızıl təxminən 70 milyard dollar deməkdir.

Bu həm də 1967-ci ildən bəri qızıl alışının ən yüksək göstəricisidir.

Agentlik qeyd edir ki, bu hadisə 1990 və 2000-ci illərdən bəri qızıla münasibətin dəyişdiyini göstərir

Həmin illərdə xüsusilə də Qərbdəki mərkəzi banklar hər il yüz tonlarla qızıl satırdılar.

Avropa bankları qızıl satışını 2008-2009-cu illərin maliyyə böhranından sonra dayandırmışdılar.

Bu dövrdə Rusiya, Türkiyə və Hindistan kimi ölkələri qızılın alışını artırmışlar.

Mərkəzi banklar qızıla üstünlük verirlər, çünki o ən təlatümlü zamanlarda, valyuta və bondlardan və ya hökumətlərin buraxdığı qiymətli kağızlardan fərqli olaraq dəyərini özündə saxlayır.

Qızıl habelə ABŞ Maliyyə Nazirliyindən və dollardan asılılığın azaldılmasına imkan verir.

WGC-nin təhliçisi Krişan Qopal bildirir ki, bu, artıq başlanmış meylin davam etməsidir.

“Biz ötən il baş verənlərə diqqət yetirsək görərik ki, dünyada həm geosiyasət, həm də makroiqtisadiyyatda qeyri-müəyyənlik və qeyri-sabitlik var”.

Bu da qeyd olunur ki, qızılın alınması pandemiya zamanı azalsa da, 2022-ci ildə yenidən artıb.

Ötən ilin təkcə iyul və dekabr ayları arasında mərkəzi banklar 862 ton qızıl alıblar.

Türkiyə, Çin, Misir və Qətər də daxil bir çox başqa ölkələr ötən il qızıl aldıqlarını bildiriblər.

Amma burası da var ki, ötən il alınmış qızılın həcmlərinin üçdə ikisi barədə rəsmi hesabat verilməyib.

Aldıqları və satdıqları qızıl barədə məlumatları məxfi saxlayan ölkələrin arasında əsas yeri Çin və Rusiya tutur.

WGC ehtimal edir ki, qızıl alınması üzrə 2023-cü ilin rəqəmləri 2022-ci il qədər yüksək olmaya bilər.

Bu da xəbər verilir ki, mərkəzi bankların qızıl alışını artırması ötən il tələbatı 4741 tona qaldırıb.

Bu, 18 faiz artım deməkdir və 2011-ci ildən bəri ən yüksək rəqəmdir.

24 saat” “
Dünya boyunca mərkəzi banklar qızıl alışını artırıblar
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button