Now Reading:
Dünya bu hadisədən danışır – Səhər oyandılar ki, yol oğurlanıb – VİDEO

Çinin Jiangsu əyalətindəki Sankeşu qəsəbəsinə gedən yolun 800 metrlik hissəsi, yerindən sökülərək oğurlanıb.

Milli.Az xəbər verir ki, şübhəli betonun tonunu 5 min Çin yuanına (təxminən 1500 manat) bir tikinti şirkətinə satdıqdan sonra ələ keçib.

Yolun söküldüyünü görən qəsəbə sakinləri heyrətləniblər. Yolun beton hissəsinin oğurlandığı barədə kəndlilər dərhal səlahiyyətlilərə xəbər veriblər.

Polislər tərəfindən saxlanılan Zhu adlı şübhəli qazma qurğusu kirayələyərək təxminən 500 ton beton oğurladığını etiraf edib.

Oğru bu yoldan çox istifadə edilmədiyi üçün bu addımı atmaq qərarına gəldiyini deyib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.