2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Dünya inflyasiya məngənəsində: mərkəzi bankların etibarı sarsılıb

“Bloomberg” yazır ki, inflyasiya həmçinin, bazarlarda da əhval-ruhiyyəni dəyişib, vəziyyət tənəzzülə doğru irəliləyir.

Avropada isə əsas etimad böhranının iyunun 9-da Avropa Mərkəzi Bankının faiz dərəcələrini artırmasından sonra başladığı bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ-da da etimad böhranı yaşanır.

Fevralın sonu Rusiya-Ukrayna arasındakı müharibədən sonra dünyada onsuz da pandemiyanın təsirindən çıxmamış iqtisadiyyat daha da pis duruma düşüb.

Əsas buğda istehsalçısı və idxalçısı olan Rusiya və Ukraynanın idxalı azaltması bu ölkələrdən ərzaq buğdası alan ölkələrdə durumu daha da ağırlaşdırıb.

İqtisadçı Rövşən Ağayev deyir ki, yüksək enerji və qida qiymətləri qlobal iqtisadiyyatı uzun müddət çıxa bilməyəcəyi dalana aparır.

Onun fikrincə, dünya iqtisadiyyatının hazırkı yüksək enerji qiymətlərinə dözüm limiti çox azdır:

“Bazarda qiymətləri düşürəcək alternativ təklif yoxdursa, hazırkı yüksək inflyasiyanın yaradacağı tələb böhranı qiymətləri aşağı çəkəcək”.

Beynəlxaql Energetika Agentliyinin rəhbəri Birol qlobal enerji təchizatı ilə bağlı açıqlamasında da bildirib ki, bu gün Avropa üçün əsas təhdid Rusiyanın qaz ixracını qəfil dayandıra biləcəyi ehtimalıdır.

Başqa bir təhdid kimi iqlim dəyişikliyi hədəfindən kənarlaşmaq baxımından kömürə tələbatın kəskin artması ola bilər:

“Alternativ enerji sərmayələri də görünməmiş həddə yüksəlib. 2022-də təmiz enerjiyə sərmayələr 12 faiz təşkil edəcək. Bu artım əvvəllər heç olmamışdı”.

Rövşən Ağayev isə deyir ki, günəş və külək enerjisi ilə yanaşı enerji səmərəliliyi layihələrinə sərmayələr böyük templə artıb. Təkcə ABŞ-da batareya və akkumulyatorlara qoyulan investisiyalar 2 dəfə yüksəlib:

“Birol elektrik avtomobillərinin sürətlə artdığını da qeyd edib. Onun məlumatına görə, 2019-cu ildə dünyada satılan hər 100 avtomobildən 2-si elektriklə işləyən olub. Bu il 100 avtomobildən 15-nin elektrikli olacağı artıq realdır”.

İqtisadçı bildirir ki, yeri gəlmişkən, FED rəhbəri Pouel də təkcə ABŞ üçün deyil, bütün dünya üçün qlobal inflyasiyanın ciddi və uzunmüddətli problemə çevriləcəyindən narahatlığını dilə gətirib.

O, yüksək inflyasiyanın yaratdığı problemlərin əmək bazarına sıçramaqla işsizliyi yüksəldə biləcəyindən narahatlığını gizlətməyib:

“Bütün hallarda uzun və dərin qlobal iqtisadi böhrana hazır olmaq lazımdır. Həm psixoloji, həm də resurslardan daha səmərli istifadəyə hazırlıq baxımından”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button