2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Dünya kubokuna ayrılan pulların bir qismini oliqarxlar “mənimsəyib”

Rusiyanın müxalifət lideri Aleksei Navalny Dünya Kubokuna böyük pulların xərclənməsini pisləyir. O iddia edir ki, Moskvanın xərclədiyi pulun bir qismini prezident Vladimir Putinə yaxın varlı biznesmenlər mənimsəyib.

Navalny 30 sutkalıq həbsdən dünən – iyunun 14-də buraxılıb. Futbol üzrə dünya çempionatının ilk qarşılaşmasında Rusiya Səudiyyə Ərəbistanının 5-0 məğlub edincə Navalny rusiyalı futbolçuları “əla” oyuna görə tərifləyib. Amma daha sonra əlavə edib:

“Rusiyada belə bir futbol festivalının keçirilməsi əladır, amma bunun sənə və mənə niyə 14 milyard dollara başa gəldiyini anlamıram”.

Saytların yığılması Saytlarin yigilmasi

13,2 MİLYARD DOLLAR

Xərclərin son bir neçə ildə ortalama rubl-dollar məzənnəsinə uyğun 13,2 milyard dollar olduğu açıqlanıb.

“Dünya kubokunun ağlabatan məbləğə keçirilməsini istərdim”, – Navalny deyib.

Navalny aeroportların və stadionların tikintisində iştirak etmiş, Putin-ə yaxın oliqarxları tənqid edib. O, milyarderlər Boris Rotenberg və onun qardaşı Arkady-nin, həmçinin Putin-in yaxını sayılan Gennady Timchenko-nun adlarını çəkib.

“Rotenbergs və Timchenko on milyardlarla rubl qazanıblar. Qazanıblar sözünü oğurlayıblar kimi anlamalısınız. Çox yaxşı başa düşürük ki, həmin şəxslər dünya kuboku hesabına varlanıblar”, – Navalny söyləyib.

42 yaşlı Navalny icazəsiz aksiya keçirdiyinə görə 30 sutkalıq həbsə məhkum edilmişdi. “30 günlük biznes səyahətindən sonra sizinləyəm. Azad olmağımdan çox xoşbəxtəm”, – o, Twitter-də zarafatla yazıb.

Navalny-nin mayın 5-də Putin-in altıncı prezidentlik müddətinə andiçmə mərasimindən iki gün öncə təşkil olunmuş nümayişlərdə 1600-dən çox saxlanan olub.

 

Navalny 18 mart prezident seçkisinə buraxılmayıb. Vəkili və tərəfdarları onun məhkəməsinin siyasi motivli olduğunu bildiriblər. Müxalifətçi özü də ittihamların “gülünc” olduğunu vurğulayıb.

“TUALET, TELEVİZOR YOXDUR”

Daha öncə də siyasi fəaliyyətinə görə bir neçə dəfə saxlanmış Navalny Instagram-da yazıb ki, dünya kuboku ərəfəsində həbsxanada şəraiti yaxşılaşıb, müasir tualetlər quraşdırılıb, televizorlar qoyulub.

Amma o, daha sonra bunun zarafat olduğunu qeyd edib: “Mənə inanmış hər kəsdən üzr istəyirəm”, – o vurğulayıb.

YouTube videosunda da hamıdan üzr istəyib, “əvvəldən axıradək hər şeyin uydurma” olduğunu yazıb.

“Tualetlər yoxdur, hələ də döşəmədə deşiklər qoyulub, televizor da yoxdur”, – Navalny yazıb.

Navalny 2011-2012-ci illərdə Putin idarəçiliyinə qarşı kampaniya aparandan əsas müxalifət liderinə çevrilib. O, təkcə ötən il nümayişlərin təşkili qaydalarını pozduğuna görə üç dəfə saxlanıb. Bir dəfə küçədə hücuma məruz qalaraq gözündən zədə alıb və əməliyyat üçün İspaniyaya getməli olub.

Avropa Birliyi və Birləşmiş Ştatlar Rusiyada Navalny-nin və tərəfdarlarının saxlanmasını pisləyib.

AzadlıqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button