2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Dünya mətbuat indeksində Azərbaycan 168-ci yerə geriləyib

Beynəlxalq “Sərhədsiz Reportyorlar” təşkilatı bu gün dünyada söz və KİV azadlığının vəziyyətini qiymətləndirən “Dünyada mətbuat azadlığı indeksi”ni dərc edib.

Hesabatda 180 ölkədəki vəziyyət təhlil edilib. Azərbaycan ardıcıl olaraq bir neçə il əvvəl olduğu kimi, mətbuatın vəziyyətinin çox pis olduğu ölkələr arasında yer alıb. Ötən illə müqayisədə vəziyyət daha da pisləşib və Azərbaycan 166-cı yerdən 168-ci yerə geriləyib.

Saytların yığılması Saytlarin yigilmasi

“2019-cu ilin sonlarında KİV-in “baş senzoru” hesab olunan prezidentin müşaviri Əli Həsənovun vəzifədən azad edilməsindən və böyük islahatlar haqqında bəyanatlardan sonra yaranmış ümidlər 2020-ci ilin əvvəllərindəcə puça çıxıb. Həmin vaxt seçkilərdə saxtakarlıqları və müxalifətin mitinqlərini işıqlandıran jurnalistlərin təqibi dalğası başlayıb.

Əsas müstəqil xəbər saytları bloklanıb. Mühacirətdəki jurnalistləri susdurmaq üçün hakimiyyət onların Azərbaycanda qalan ailə üzvlərini təqib edir. Bundan başqa, hakimiyyət Gürcüstanda və Ukraynada Azərbaycanlı jurnalistləri həbs edir və Fransada jurnalistlərə qarşı iddia qaldırır.

Ölkə prezidenti 2014-cü ildən etibarən qalan tənqidçilərə qarşı amansız mübarizə aparır. Müstəqil jurnalistlər və blogerlər şantaja və ya rüşvətə boyun əymədikdə əsassız ittihamlarla həbs edilir”, deyə hesabatın Azərbaycan haqqında hissəsində bildirilir.

Ümumilikdə bütün keçmiş SSRİ məkanında vəziyyət pisləşib. Demək olar ki, bütün keçmiş SSRİ respublikaları mətbuatı boğanlar arasında yer alıb.

Norveç, Finlandiya və Danimarka ən azad mətbuatı olan ölkələr olaraq qalır. Ən pis vəziyyət Eritreya, Türkmənistan və Şimali Koreyada qeydə alınıb.

Ötən il dünyadakı təmayüllərə gəlincə, diktator, avtoritar və ya populist rejimlərin liderlərinin plüralizm, müstəqil mətbuat olmadan öz iradələrini qəbul etdirmək üçün əllərindən gələni etməsi səbəbindən geosiyasi böhran müşahidə olunur.

Rəqəmsal və qlobal kommunikasiyalar dövründə müvafiq nizamlanmanın olmaması informasiya xaosu yaradıb. Təbliğat, reklam, şaiyələr və jurnalistika birbaşa rəqabətdədir. Ticari, siyasi və redaksiya məzmunları arasında artan qarışıqlıq fikir və onu ifadə etmək azadlığına verilmiş demokratik zəmanətin sabitliyini pozub. Bu, saxt xəbərlərin məhdudlaşdırılması bəhanəsi ilə müstəqil və tənqidi jurnalistikaya qarşı repressiyaları sərtləşdirən təhlükəli qanunların qəbul edilməsinə şərait yaradır.

Müstəqil mətbuata fiziki zorakılıq və təzyiq halları çoxalıb. Eyni zamanda, mötəbər olmayan məlumatın nəşrində şübhəli bilinən KİV-lərə etimadsızlıq artıb.

Nəhayət, sosial şəbəkələrin yayılması bir çox ölkələrdə KİV-ə diz çökdürüb. Satışların, reklam gəlirlərinin azalması və istehsalın bahalaşması çox sayda jurnalistin işdən çıxarılmasına və qəzetlərin bağlanmasına gətirib çıxarıb, deyə hesabatda bildirilir. 

Contact.az

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button