2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Dunya Myatoviç: “Elçin Sadıqovla Əvəz Zeynallı dərhal azad edilməlidir”

Yayımlandı: 14 Sentyabr 2022 13:53

Avropa Şurası vəkil və jurnalistin həbsini pisləyib

“Azərbaycan hakimiyyəti hüquq müdafiəçisi Elçin Sadıqovu və jurnalist Əvəz Zeynallını dərhal azad etməlidir. Vətəndaş cəmiyyəti fəallarını və müstəqil media nümayəndələrini təhdid və təqiblərə son qoymalıdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Avropa Şurasının yaydığı məlumatda belə deyilir.

Bildirilir ki, ötən həftə Bakıda vəkil Elçin Sadıqov və onun müvəkkili, jurnalist Əvəz Zeynallının həbsi Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının və müstəqil media işçilərinin üzləşdiyi çətin mühitin daha bir sübutudur:

“Cənab Sadıqov tanınmış vəkildir və uzun illər Azərbaycanda onlarla fəalı, müstəqil jurnalisti və müxalifət xadimini müdafiə edib. Təəssüf ki, o, Azərbaycanda bir çox digər fəallar kimi qanuni insan haqları fəaliyyətinə görə davamlı təhdid və təqiblərə məruz qalıb. Öz növbəsində, cənab Zeynallı müstəqil jurnalist kimi tanınır, o da əvvəllər tənqidi mövqelərinə görə hədə-qorxu və məhkəmə təqiblərinə məruz qalıb”.

Avropa Şurasının bəyanatında qeyd edilir ki, Elçin Sadıqov və Əvəz Zeynallıya qarşı həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı bir gecəlik məhkəmə prosesi Avropa insan haqları standartlarına tərs mütənasibdir:

“Məhkəmə bağlı qapılar arxasında və əsas prosessual təminatların olmadığı şəraitdə keçirilib. Bu da onların təqibinin və həbsinin etibarlılığına şübhələri gücləndirir. Elçin Sadıqovun həbsi onun iş yerlərində aparılan axtarışlardan və hüquqi peşəkar imtiyazla qorunmalı olan məxfi məlumatların ələ keçirilməsindən sonra baş verib. Bu aktlar Azərbaycanda insan haqları vəkillərinə və müdafiəçilərinə və Azərbaycanda uzun müddətdir narahatlıq doğuran məsələ olan ifadə azadlığına, o cümlədən media azadlığına soyuq təsirini daha da gücləndirir”.

Avropa Şurası Azərbaycan hakimiyyətini Elçin Sadıqov və Əvəz Zeynallını dərhal azad etməyə və onların hüquq və azadlıqlarına hörməti tam təmin etməyə çağırıb: “Azərbaycanda vətəndaş cəmiyyəti subyektlərinin və müstəqil jurnalistlərin təhdid və təqiblərinə dərhal son qoyulmalıdır. Hakimiyyət orqanlarının vəzifəsi hüquq müdafiəçilərinin və media mütəxəssislərinin öz işlərini təhlükəsiz və sərbəst şəkildə yerinə yetirmələrini təmin etməkdir”.

Əvəz Zeynallı və Elçin Sadıqov. screenshot

Avropa Şurasının insan haqları komissarı Dunya Myatoviç də özünün “Twitter” səhifəsində vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallının həbsini pisləyib.

İnsan haqları komissarı bildirib ki, hər iki şəxs dərhal azad edilməlidir: “Azərbaycan hakimiyyəti vəkil Elçin Sadıqov və jurnalist Əvəz Zeynallını dərhal azad etməli, vətəndaş cəmiyyəti fəallarına və müstəqil media nümayəndələrinə təhdid və təqiblərə son qoyulmalıdır”.

Əvəz Zeynallı və Elçin Sadıqov sentyabrın 10-da saxlanılıb.

Onların evlərində və ofislərində axtarış aparılıb.

Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elçin Sadıqova isə 32,311.3.3 (külli miqdarda rüşvət almada iştirakçılıq) maddəsilə ittiham olunur.

Bu maddədə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

coe.int

Onlar “Baku Steel Company” MMC-nin – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən pul almaqda ittiham olunur.

Elçin Sadıqov 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun vəkili idi.

Elçin Sadıqov və Əvəz Zeynallı özünü təqsirli bilmir, ittihamın cəfəngiyyat olduğunu deyirlər.

Elçin Sadıqov saxlanılmasını siyasi motivlərlə həbs edilən ictimai-siyasi fəallara vəkillik etməsilə əlaqələndirir və iddia edir ki, məhz buna görə cəzalandırılır.

Vəkilin sözlərinə görə, Əvəz Zeynallının biznesmenin yaxınlarından pul alması barədə deyilənlər yalandır.

O hesab edir ki, ona qarşı aparılan bu kampaniya qara piardır və azad sözə hücumdur.

Əvəz Zeynallı da tənqidi çıxışlarına görə cəzalandırıldığını bildirib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button