Loading...
Loading...
SEÇMƏ

Dünya Putinin Ukraynadakı müharibəsini necə maliyyələşdirir?

“Bloomberg”: “Rusiyanın neft-qaz gəliri bu il təxminən 285 milyard dollar olacaq”

“Bloomberg” yazır ki, Rusiya hələ də neft, qaz və digər əmtəələrin satışından milyardlarla gəlir götürür.

Bildirilir ki, Rusiya təkcə 2022-ci ildə neft və qazdan gündə orta hesabla 800 milyon dollar qazanc götürüb.

Yalnız neft və qazdan əldə olunan gəlir Rusiyanın tək qazanc mənbəyi deyil. Bura həm də buğda, nikel, alüminium və palladium satışından gələn gəlirlər də daxildir.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə ABŞAvropa İttifaqı (Aİ) ölkələri sanksiyalara yenidən baxmalı olub.

Aİ bu həftə Rusiya neftinin idxalı ilə bağlı məhdudiyyətlər paketi açıqlayıb.

Fevralın 24-dən bu yana Rusiyaya qoyulan sanksiyalar bu ölkədə fəaliyyət göstərən böyük şirkətləri qaçırıb.

İqtisadiyyat tənəzzülə doğru gedir, lakin Putin hələlik bu zərəri görməməzlikdən gəlir.

“Bloomberg”in yazdığına görə, bunun səbəbi Rusiya xəzinəsinin Ukraynadakı müharibənin səbəb olduğu qlobal qiymət artımı sayəsində həmişəkindən daha gəlirli hala gəlməsidir.
Büdcə əmtəələrdən əldə edilən gəlirlə dolub-daşır.

“Bloomberg Economics”in İqtisadiyyat Nazirliyinin proqnozlarına əsaslanan hesablamalarına görə, bəzi ölkələr enerji alışını tam və ya tədricən dayandırsa belə, Rusiyanın neft-qaz gəliri bu il təxminən 285 milyard dollar olacaq.

Bu, 2021-ci il rəqəmini beşdə birdən çox üstələyəcək. Bu isə sanksiyalar nəticəsində bu ölkənin dondurulmuş 300 milyard dollarlıq xarici ehtiyatını ödəyir.

Vaşinqtondakı Peterson İnstitutunun baş elmi işçisi Jeffrey Schott düşünür ki, sanksiyaların istifadəsində həmişə siyasi məhdudiyyətlər olur: “ABŞ rəsmiləri ola bilsin, Rusiya neftinin qiymətinə məhdudiyyət qoyulmasına kömək etməklə və ya məhdudiyyətlər altında olan Rusiya biznesləri ilə ticarət edən ölkələr və şirkətlərə qarşı sanksiyalar tətbiq etməklə maliyyə təzyiqini gücləndirəcək. Bu, müzakirə edilir. Lakin bu cür ikinci dərəcəli sanksiyalar dərin təfriqə yaradır və digər ölkələrlə münasibətləri korlamaq riski daşıyır”.

ABŞ artıq Rusiya neftinə qadağa qoyub, lakin Avropa bu asılılıqdan yavaş-yavaş çıxmaqdadır. Bu, Moskvaya başqa bazarlar tapmaq üçün vaxt verir. Məsələn, Çin və Hindistan kimi əmtəə bazarı.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, təkcə neft ixracından əldə olunan gəlir əvvəlki illə müqayisədə 50 faiz artıb.

Moskvada yerləşən SberCIB İnvestisiya Tədqiqatının hesablamalarına görə, Rusiyanın aparıcı neft istehsalçıları birinci rübdə demək olar ki, onillikdə ən yüksək ümumi mənfəət əldə edib.

Buğda ixracı isə daha yüksək qiymətlərlə davam edir, çünki Rusiyanın kənd təsərrüfatına qarşı sanksiyalar hətta dünyanın taxılına ehtiyacı olduğu üçün müzakirə olunmur.

Gözdən qaçırmayın:  “Belə xəstənin pensiyasını kəsmək onun ölüm fərmanını imzalamaqdır”

Mal və xidmət ticarətinin ən geniş ölçüsü olan cari əməliyyatlar hesabının profisiti ilin ilk dörd ayında üç dəfədən çox artaraq, demək olar ki, 96 milyard dollara çatıb.

Berlindəki Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun Şərqi Avropa və Avrasiya üzrə baş əməkdaşı Janis Kluge isə deyib ki, sanksiyaların məqsədi Rusiya ordusunu dayandırmaq idisə, bu, real deyildi: “O, hələ də müharibə səylərini maliyyələşdirə bilər, hələ də sanksiyaların əhalisinə vurduğu zərərin bir hissəsini kompensasiya edə bilər”.

Məsələn, Hindistanın neft emalı zavodları fevralın sonu və mayın əvvəlində Ukrayna işğalı başlayana qədər 40 milyon bareldən çox Rusiya nefti alıb.

Məsələn, Hindistanın neft emalı zavodları fevralın sonu və mayın əvvəlində Ukrayna işğalı başlayana qədər 40 milyon bareldən çox Rusiya nefti alıb.

Bu, bütün 2021-ci il üçün Rusiya-Hindistan axınından 20 faiz çoxdur. Neft emalı zavodları Rusiya barelini bazar qiymətlərindən daha ucuz əldə etmək üçün açıq tenderlər əvəzinə özəl sövdələşmələr axtarırlar.

Çin eyni zamanda, ölkə ilə enerji əlaqələrini gücləndirir, başqa yerlərdə qadağan edilən nefti almaqla ucuz qiymətləri təmin edir.

O, idxalı artırıb və həmçinin strateji xammal ehtiyatlarını Rusiya nefti ilə doldurmaq üçün danışıqlar aparır.

Avropa İttifaqı Rusiya neftinə qismən sanksiya qoymağı razılaşdırıb.

Bununla Rusiya Prezidenti Vladimir Putini Ukraynaya müdaxiləyə görə cəzalandırmaq istəyirlər.

Neftə qadağa bu istiqamətdə planlaşdırılan altıncı sanksiya paketində nəzərdə tutulub.

Gündə təxminən 2,3 milyon barel Rusiya xam nefti boru kəmərləri və limanlar şəbəkəsi vasitəsilə qərbə ötürülür.

Sanksiyaların Rusiya neftinin idxalının 75 faizinə təsir edəcəyi bildirilir. Bu təsirin ilin sonunadək 90 faizə çatacağı ehtimal edilir.

Xatırlatma

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button