2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Dünya qaçqınlarının yarısı uşaqlardır

“The Guardian” yazır ki, UNİCEF-in ən son hesabatına görə dünya qaçqınlarının tən yarısını uşaqlar təşkil edir. Halbuki bütün planet əhalisinin yalnız üçdə birindən azı uşaqlardır.

Məqalədə deyilir ki, qaçqın uşaqların yarısı Suriya və Əfqanıstandan olanlardır. Bununla yanaşı qaçqın uşaqların 4-də 3-ü 10 müxtəlif ölkəni təmsil edir.

Son beş ildə yeni alovlanmış və davam edən münaqişələr qaçqın uşaqlaın sayını 75 faiz artıraraq 8 milyona çatdırıb.

Saytların yığılması Saytlarin yigilmasi

UNİCEF-in hesabatında deyilir ki, 50 milyon uşaq dünya boyunca mühacirət etməyə məcbur olub və ya didərgin düşüb. Bunun 28 milyonu bilavasitə münaqişə zonalarından qaçanlardır.

Hesabatda deyilir ki, qaçqın uşaqlar gələcək həyatlarında başqa uşaqlarla müqayisədə daha çox yoxsulluq və ehtiyaca düçar olurlar.

“Halbuki balaca qaçqınlara bu gün sığınacaq verilərsə və onlar oxumaq və boya başa çatmaq imkanına malik olarlarsa, habelə öz potensiallarını işkişaf etdirə bilərlərsə, bu stabillik və iqtisadi tərəqqinin mənbəyi ola bilər” – deyib UNİCEF-in icraçı direktioru Anthony Lake.

31 miyon miqrant uşaq

2015-ci ilin məlumatına görə bu gün uşaqlar beynəlxalq miqrantların səkkizdə birini təşkil edirlər. Bu, 244 milyon miqrantdan 31 milyon uşaq deməkdir.

“Hesabatda deyilir ki, qaçqın uşaqlar ən çox ABŞ-da məskunlaşıblar (3, 7 milyon nəfər). Amerikanın ardınca bu siyahıda Səudiyyə Ərəbistanı və İordaniya gəlir. Avropada isə ən çox qaçqın uşağa Birləşmiş Krallıqda sığınacaq verilib. Britaniyada yaşı 18-dən az olan 750 min nəfər yerləşdirilib.

Dünyada miqrant uşaqların böyük əksəriyyəti Asiya və Afrikada yaşayır.

Bütün dünya miqrantlarının 43 faizi Asiyada doğulub. Lakin bu miqrantlardan 60 faizi regionda hərəkət edir.

Asiyanın əksər miqrant uşaqları Səudiyyə Ərəbistanında məskunlaşıb. Bu ölkəyə həm də ən çox sayda miqrant gəlir.

Hesabat müəllifləri bildiriblər ki, bu iki faktor arasındakı bağlılığın öyrənilməsi üçün daha çox araşdırma aparılmalıdır.

Böyüklərlə birlikdə qaçqınların ən çox yerləşdirildiyi ölkə qlobal miqyasda Türkiyədir.

Afrikada hər üç miqrantdan biri uşaqdır.

(bbc azəri)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button