Bizim tərcüməDünya

Dünya Türkiyə üçün bir ürəkdir! Bakıdan görüntü ürəkləri isitdi, Yunanıstan Charlie Hebdo-nun karikaturasına ən yaxşı cavabı verdi

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər 10 vilayətdə minlərlə binanın dağılmasına səbəb olarkən, Türkiyə zəlzələ bölgəsinə səfərbər oldu. Axtarış-xilasetmə qrupları dağıntılar altında işlərini davam etdirərkən, bölgəyə gedən yardım maşınlarında uzun növbələr yaranıb. Türkiyə bütün imkanları ilə yaralarını sağaltmağa çalışarkən; Dünyanın hər yerindən yardımlar gəlir. Dünəndən etibarən sayı 7 minə yaxınlaşan 75 ölkədən xarici qruplar axtarış-xilasetmə, sağlamlıq və yanğınla mübarizə kimi bir çox sahədə dəstək verir.

Dağıntılar altında can axtaran İspaniya xilasetmə qrupunun Twitter-də paylaşdığı mesaj diqqət çəkib.

Saytların yığılması Saytlarin yigilmasi

Bomberos Girecan qrupu, pide çörəyinin fotoşəkilini çəkərək, “Bu yeməkləri çatdırmaq üçün yolda bizi dayandırdılar. Səhər yeməyi və ya desert üçün pul ödəməyə imkan vermirlər. Bütün insanlar təcili yardım qruplarına çevrildi. Unutmayın ki, onlar hekayənin əsas qəhrəmanıdır. Biz yalnız sizin ümid mənbəyiyik”. Paylaşım tez bir zamanda sosial mediada isti mövzuya çevrildi.

Türkiyəyə göndərilmək üçün Bakıda maşınına yüklədiyi yorğan-döşəkləri götürüb gecəqonduda yaşayan Azəri Server Beşirli “Qışın soyuğunda evsiz qalmağın, yaxınlarını itirməyin nə olduğunu çox yaxşı bilirik. Mənim edə biləcəyim tək şey bu idi” dedi. Həmin foto çərçivə ürəyimizi isitdi.

vv

Ukrayna, İsrail, Azərbaycan, Rusiya, Polşa, Yunanıstan, Yaponiya, İspaniya, Pakistan, Hindistan və daha bir çox ölkədən axtarış-xilasetmə qrupları bölgədə böyük səylə çalışarkən, Fransada yayımlanan karikatura böyük əks-səda doğurub.

Jurnal dərc etdiyi son karikaturada Türkiyənin 10 vilayətini yerlə-yeksan edən, minlərlə insanın həyatını itirdiyi zəlzələləri ələ salıb. Jurnalın dərc etdiyi karikaturada xaraba binalar çəkilib və üzərində “Tank göndərməyə belə ehtiyac yoxdur” yazılıb.Prezidentin mətbuat katibi İbrahim Kalın karikaturaya “Müasir barbarlar! Nifrətinizdə boğulun” sözləri ilə reaksiya verib.

HJGKGHK

“Charlie Hebdo” jurnalının qalmaqallı zəlzələ karikaturasına ən yaxşı cavab Yunanıstandan gəlib. Yunanıstanda Fransanın satirik Charlie Hebdo jurnalına cavab olaraq karikatura dərc edilib. Yunanıstanın “Kathimerini” qəzetində dərc olunan karikaturada çökmüş binaların üstündəki səmadakı ayparanın gözündən bir damla yaş düşür.

HELLENİK

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button