2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

Dünyaca məşhur agentlik İlham Əliyevin “seçki oğurluğu planı”ndan yazdı

Dünyanın ən məşhur agentliklərindən olan Bloomberg Azərbaycanda aprelin 11-nə növbədənkənar prezident seçkisi elan edilməsindən yazıb. Agentlik yazısında AXCP lideri Əli Kərimlinin bu addımı “seçki oğurluğu” kimi dəyərləndirdiyi fikirlərə də yer verib.

“Azərbaycanın dövlət başçısı İlham Əliyev bu ilin aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar verib. Verilən qərara əsasən seçkilər vaxtından altı ay keçiriləcək. Hakimiyyətin bu addımı müxalifətin sərt tənqidinə səbəb olub”, – deyə məqalədə yazılır və ardınca AXCP sədrinin feysbukda canlı yayımlardan birində səsləndirdiyi fikirlər verilir:

“Biz müxalifət olaraq seçkilərə qədər mövcud vəziyyətin dəyişməsi – azad və ədalətli seçkilərin keçirilməsi üçün zəruri olan şəraitin təmin ediməsindən ötrü mübarizə mərhələsinə başlamağı qət etmişdik. Hakimiyyət bu addımla müxalifəti hazırlıqsız yaxalamaq niyyəti güdüb. Mövcud hakimiyyət bu addımla seçkilər keçirmək yox, onu oğurlamaq fikrində olduğunu göstərir”.

Saytların yığılması Saytlarin yigilmasi

Məqalədə həmçinin Əliyevlər hakimiyyətinin anti-demokratik idarəçiliyindən, indiyəqədrki seçkilərin də saxtalaşdırılmasından bəhs olunur.

Məqləni buradan oxuya bilərsiz.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button