2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Avto xəbərlərXarici xəbərlərXəbərlər

Dünyada ən çox satılan avtomobillər – Top 5-lik

2023-cü ilin birinci rübündə “Tesla Model Y” bütün avtomobillər arasında dünyada ən çox satılan model olub, Banker.az bu barədə “The Verge” nəşrinə istinadən xəbər verir.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirilir ki, “Tesla” ilk üç ayda dünya üzrə 267 000 “Model Y” satıb ki, bu da ötən ilin əvvəlindəki satışlardan 69% çoxdur. İkinci yerdə 256.4 min ədədlə “Toyota Corolla” qərarlaşıb. İlk üçlüyü bütün dünyada 214.7 min tirajla satılan “Toyota Hilux” qapayır.

İlk 5-liyə həmçinin “Toyota RAV4” (211 min ədəd) və “Toyota Camry” (166.2 min ədəd) daxildir. Beləliklə, “Toyota”, Volkswagen”, “General Motors” və “Ford” ilə birlikdə dünyanın ən məhsuldar avtomobil istehsalçılarından biri olaraq qalır.

“The Verge” həmçinin qeyd edib ki, “Model Y” satışları “Tesla” şirkətinin baş direktoru İlon Maskın verdiyi proqnozu doğruldur. Hələ 2016-cı ildə sözügedən model təqdim edilməzdən əvvəl milyarder satışların ildə 500 min-1 milyon arasında dəyişəcəyini bildirmişdi.

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button