2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Dünyada ərzağın qiyməti kəskin ucuzlaşır – Amma bizə nə dəxli?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı dünya ərzaq qiymətləri indeksinə görə, son 4 aydır qlobal ərzaq bazarında kəskin ucuzlaşma müşahidə edilir.

FAO-nun məlumatına görə, dünya ərzaq qiymətləri indeksi iyun ayıyla müqayisədə ötən ay 8,6 faiz azalaraq 140,9 bəndinə düşüb.

Saytların yığılması Saytlarin yigilmasi

Ekspertlər ərzaq bazarında son 14 ilin ən kəskin ucuzlaşmasının yaşandığını bildirirlər. Qlobal miqyasda baş verən ucuzlaşma – taxıl, bitki yağları, süd, ət və şəkər məhsullarında daha çox hiss olunur.

Taxıl məhsulları 11,5 faiz ucuzlaşıb

FAO-dan bildirilir ki, taxılın qiyməti ötən ayla müqayisədə 11,5 faiz azalıb. Bu dövrdə indeksdə təmsil olunan bütün taxıl məhsullarının qiymətində azalma baş verib.

FAO-dan bildirilir ki, taxılın qiyməti ötən ayla müqayisədə 11,5 faiz azalıb. Bu dövrdə indeksdə təmsil olunan bütün taxıl məhsullarının qiymətində azalma baş verib.

Qiymətlərin enməsi Ukraynanın taxıl ixracındakı maneələrin aradan qaldırılması və Şimal yarımkürəsində məhsul yığımının başlamasıyla əlaqəqələndirilir. Açıqlanan məlumatlara görə, buğdanın qiyməti aylıq 14,5 faiz ucuzlaşıb.

Şəkər məhsulları 3,8 faiz ucuzlaşıb

Braziliya valyutasının dəyərdən düşməsi və ölkədə hasilatın gözləniləndən yüksək olması səbəbindən, şəkər məhsullarının qiymət indeksi aylıq 3,8 faiz azalaraq 112,8 bəndinə geriləyib.

Süd məhsulları 2,5 faiz ucuzlaşıb

Süd məhsullarının qiymət indeksi də iyun ayına nisbətən 2,5 faiz azalaraq 146,4 bəndinə geriləyib. Ən çox azalma kərə yağının, quru, yağlı və yağsız südün qiymətlərində müşahidə olunub.

6 aylıq qiymət artımından sonra ət məhsullarının qiymətidə cuzi də olsa 0,5 faiz azalıb.

Bitki yağı məhsulları 19,2 faiz ucuzlaşıb

Bitki yağı qiymətləri indeksi 19,2 faiz azalaraq, 10 ayın ən aşağı səviyyəsinə enib. Kəskin azalmaya dünya bazarında palma, soya, kolza və günəbaxan yağlarının qiymətlərinin aşağı düşməsi səbəb olub. Palma yağının qiyməti 4-cü ayda da ucuzlaşıb.

FAO-nun məlumatlarından da aydın olur ki, bir neçə aydır dünya miqyasında ərzaq məhsullarının qiymətində nəzərə çarpacaq dərəcədə azalmalar baş verir. Ekspertlər növbəti aylarda qiymətlərin bir qədər də ucuzlaşacağını istisna etmirlər.

Bəs bu ucuzlaşma Azərbaycan bazarına necə təsir edəcək?

“24 saat “Dünyada ərzağın qiyməti kəskin ucuzlaşır – Amma bizə nə dəxli?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button