2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“Dünyada ərzaq məhsullarının bahalaşması sona çatmayıb”

Rusiyanın İqtisadi İnkişaf Naziri Maksim Reşetnikov Moskva Maliyyə Forumunun plenar iclasında bildirib ki, ərzaq məhsullarının qiymətlərində qlobal artım hələ davam edəcək və Rusiya hökuməti bununla mübarizə aparmaq məcburiyyətində qalacaq.

Onun sözlərinə görə, avqust ayında ərzaq məhsullarının qiymət indeksi qeyri-ərzaq məhsullarının qiymət indeksini ötüb keçib.

“Qiymət artımları, dünya iqtisadiyyatının aktiv pul emissiyasına, büdcə kəsirlərinə və uzun müddət yumşaq pul siyasətinə verdiyi təbii reaksiyadır. Təəssüf ki, bu, sona çatmayan bir prosesdir. Qida seqmentində belə görürük ki, avqust ayında qiymət artımı yenidən başlayıb – həm buğda, həm də günəbaxan yağı bahalaşır. İşləməyə davam etməliyik” – deyə Reşetnikov bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Nazir əlavə edib ki, bu vəziyyətə təsir etmək, mənfi təsirlərini azaltmaq üçün bir sıra tədbirlər tətbiq olunur.

İqtisadi İnkişaf Nazirliyinin rəhbəri qeyd edib ki, açıq iqtisadiyyatda qiymət təzyiqini tamamilə neytrallaşdırmaq mümkün deyil.

marja

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button