2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Dünyada ilk- satısı olmayan dükanlar yaradılır

Yaponiya hökuməti satıcısız dükan sistemi yaratmaq barədə nəhəng beş supermarket şəbəkəsi ilə razılığa gəlib.

Bildirilir ki, tam avtomatik dükan sistemi 2025-ci ilə qədər işlək vəziyyətə gələcək. Şəbəkə qablaşdırılmada istifadə edilən və mal haqqında məlumata malik xüsusi çiplər vasitəsilə idarə ediləcək. Kassa aparatı isə alıcının səbətindəki malların dəyərini avtomatik hesablayacaq. Sonra isə alıcıya qəbz və pulun artığını verəcək. Robot isə alınan malları torbaya yığmağa kömək edəcək.

Bir çipin dəyəri 10 yapon yeni, yəni 9 sentdir. Ölkənin bütün mağazalarına bu sistemin tətbiqi 46 milyon dollara başa gələcək. İqtisadiyyat, ticarət və sənaye nazirlikləri istehsalçıları dəstəkləməyi planlaşdırırlar.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Yaponiyada satıcıların əməyi yüksək qiymətləndirildiyi və yüksək maaş aldıqları üçün bu sistemə baş vurulur. ( Ölkə.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button