iqtisadiyyatİqtisadiyyat

Dünyada neftə tələb rekord həddə çatacaq – Beynəlxalq Energetika Agentliyi

Beynəlxalq Energetika Agentliyi 2023-cü ildə dünyada neftə tələbin proqnozunu verib. O, sutkada 101, 72 barrel təşkil edəcək və bütün tarix boyunca ən yüksək göstərici olacaq.

Bu barədə Türkiyənin “Anadolu Ajansı” agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, neftin əsas istehlakçısı Çin olacaq. Beynəlxalq Energetika Agentliyi gözləyir ki, 2023-cü ildə dünyada neftə tələb rekord yüksək səviyyəyə-sutkada 101, 72 milyon barelə çatacaq.

Beynəlxalq Energetika Agentliyi (BEA) aylıq hesabatında 2023-cü ildə dünyada neftə tələbin gözləntilərinə yenidən baxıb və əvvəlki proqnozuna nisbətən sutkada 80 barrel yüksək olacağını qeyd edib.

Güman edilir ki, bu il dünyada neftə tələb ötən ilə nisbətən sutkada 1, 87 milyon barrel artaraq 101, 72 milyon barrel təşkil edəcək. Bu rəqəm bütün zamanların ən yüksək göstəricidir.

Hesablanıb ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində tələb 46, 42 milyon barrel təşkil edəcək, bu, 2022-ci illə müqayisədə 470 min barrel çoxdur, İƏİT-ə daxil olmayan ölkələrdə isə 1, 4 milyon barrel artaraq 55, 3 milyon barrel təşkil edəcək.

Dünyada neftə tələbin gözlənilən artmasının təxminən yarısı kovidəleyhinə məhdudiyyətlətin ləğv edildiyi Çinin payına düşəcək. Digər tərəfdən, aviasiya yanacağı sutkada 840 min barrel artmaqla artımın ən böyük mənbəyi olaraq qalmaqda davam edəcək.

Dünyada neftin təklifi 2022-ci ilin dekabrında azalıb. Ötən ay dünyada neft hasilatı əvvəlki aya nisbətən sutkada 860 min barrel azalaraq 101, 01 milyon barrel təşkil edib.

Neft İxras edən Ölkələr Təşkilatı (OPEK) tərəfindən xam neftin sutkalıq hasilatı 2022-ci ilin dekabr ayında əvvəlki aya nisbətən 40 min barrel azalaraq 29, 019 milyon barrel təşkil edib.

Bu dövrdə xam neftdən başqa OPEK-in qeyri-ənənəvi hasilatı sutkada 5, 29 milyon barrel təşkil edib. Beləliklə, OPEK tərəfindən sutkalıq neft hasilatı ötən ay 34, 48 milyon barrel təşkil edib.

OPEK-ə daxil olmayan ölkələrin sutkalıq neft hasilatı həmin dövrdə ötən aya nisbətən təxminən sutkada 780 min barrel azalaraq 66, 2 milyon barrel təşkil edib.

Hasilatın azalmasına ABŞ-da ölkənin xeyli hissəsini cənginə almış qış qasırğaları səbəbindən neft hasilatının dayandırılması olub.

The post Dünyada neftə tələb rekord həddə çatacaq – Beynəlxalq Energetika Agentliyi appeared first on 24 saat.

24 saatDünyada neftə tələb rekord həddə çatacaq – Beynəlxalq Energetika Agentliyi” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Gözdən qaçırmayın:  Amazon fevral ayından bəzi musiqi abunə planlarının qiymətlərini artıracaq

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button