2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Dünyada qiyməti azalır, Azərbaycanda isə əksinə – Duru yağlar niyə bahalaşıb?

Dünyada ərzaq məhsullarının qiymətləri martda rekord həddə çatdıqdan sonra ardıcıl 6 aydır ki, azalır. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında qeyd edilib. Diqqət çəkən məqamlardan biri odur ki, FAO bitki yağının qiymətinin bir ay ərzində 6,6 % azalaraq 2021-ci ilin fevralından bəri ən aşağı səviyyəyə düşdüyü qeyd edir.

Ölkəmizdə isə yağın qiymətində kəskin artım var. Dövlət Statistika Komitəsinin sonuncu məlumatında da digər ərzaq məhsulları kimi bitki yağlarının da bahalaşdığı qeyd edilib.

Saytların yığılması Saytlarin yigilmasi

İqtisadçı-ekspert Eldəniz Əmirov deyir ki, qlobal ərzaq indeksi dünyada azalmağa doğru gedir. Lakin bu, hələ ölkəmizdəki qiymət artımına təsir etməyib:

“FAO müxtəlif dövrlər üzrə ərzaq indekslərini, yəni qlobal ərzaq qiymətləri indekslərini açıqlayır və qiymət indeksləri ortalama qiymət olaraq götürülür. Məhz təşkilatın özünün hesablamaları əsasında çıxarılan və özünün müəyyən etdiyi bir indeksdir. Amma ayrı-ayrı ölkələrdə bu fərqli olaraq dəyişə bilir. Dünyada ərzaq məhsullarının qiymətləri martda rekord həddə çatıb. Amma fərqli məhsullar üzrə isə pik hədd müxtəlif aylarda olub. Ümumi götürdükdə, mart ayında pik hədd müşahidə edilib. Sentyabrda avqust ayı ilə müqayisədə 1,1%-lik azalma müşahidə edilib. Eniş müşahidə edilir. Qlobal ərzaq qiymətləri indeksi artıq altı aydır ki,tədricən azalmağa gedir. Amma bu, təəssüf ki, bizdə görülmür”..

Eldəniz Əmirov

Eldəniz Əmirov

Ekspert bildirir ki, adətən dünyada inflyasiya meyilləri azalanda belə müəyyən məhsulun qiyməti düşsə də, bu, ölkəmizə gec təsir edir. Bu da bazarda olan mövcud vəziyyətdən çox asılıdır. Duru yağlara gəlincə, bazarda ciddi rəqabət olmadığı halda qiymətlər süni şəkildə artırılır:

“Duru yağlar Azərbaycanda ən çox inflyasiyaya məruz qalan məhsullardan biridir. Hətta ilk üçlükdə qərarlaşan məhsuldur. Bəzi aylarda birinci yerdə də dura bilir. Ona görə də inflyasiya göstəricisi ən çox məhz duru yağlarda qeydə alınıb. Duru yağların qiyməti çox qalxıb. Qiymətlərin azalması zamanı belə, biz hər hansı eniş müşahidə etməmişik. Duru yağların qiymətinin enməsi bir yana, heç olmasa indidən sonra artımını belə saxlaya bilsək, bunun özü böyük uğurdur. Yerli istehsal daxili tələbatı ödəmir, çünki bazarda bunlarla bağlı ciddi rəqabət yoxdur. Təsərrüfat subyektlərinin sayı çox azdır, aralarındakı rəqabət demək olar ki, yox səviyyəsindədir. Bu səbəbdən vahid qiymət diktə edimir. Bu məsələdə işbazlara qarşı müəyyən tədbirlərin görülməsi, yəni rəqabətin olmadığı yerdə qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınması, eləcə də qiymətin düşməsi övründə ölkəmizdə də aşağı salınması əsas faktordur”.

“24 saat “Dünyada qiyməti azalır, Azərbaycanda isə əksinə – Duru yağlar niyə bahalaşıb?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button