Loading...
Loading...
Dünya

Dünyada yanan meşələrin yarısı Rusiya ərazisinə düşür (Video)

2021-ci ildə meşələr bir dəqiqədə 16 futbol meydançası sürəti ilə yanıb

2021-ci il ərzində bütün dünyada 9.3 milyon hektar meşə ərazisi yanıb. Bu, Portuqaliyanın ərazisinə bərabər sahədir.

BBC xəbər verir ki, bütün yanmış meşələrin yarısı – 5 milyon hektarı Rusiyanın ərazisinə düşür.

Global Forest Watch platformasının məlumatına görə son 20 il ərazində dünya üzrə yanmış meşələrin ərazisi iki dəfə böyüyüb.

Bu da qeyd olunur ki, 2021-ci ildə meşələr bir dəqiqədə 16 futbol meydançası sürəti ilə yanıb.

Ekspertlər bildirirlər ki, meşə yanğınlarının artmasının əsas faktoru iqlimin antropogen, yəni insan fəaliyyəti ilə bağlı dəyişməsidir.

Onların fikrincə bu dəyişiklik daha yüksək temperaturlara və quraqlığa səbəb olur.

NASA-nın biosfer elmləri laboratoriyasının rəhbəri Duq Morton deyib ki, iqlimin dəyişməsi daha miqyaslı və daha sürətlə yayılan yanğınların baş verməsinə yol açır.

Şimal regionları daha sürətlə qızır

Bu da qeyd olunur ki, indi dünyanın şimal regionları daha sürətlə qızır və bu, yanğın mövsümünün uzanmasına səbəb olur.

Ekspertlərin təxminlərinə görə Kanada və Rusiya kimi şimal ölkələrində meşə yanğınlarının vurduğu ziyan daha kəskin hiss edilir.

Bir il əvvəllə müqayisədə Rusiyada yanmış meşələrin ərazisi az qala 31 faiz artaraq 5.4 milyon hektara çatıb.

Alimlər bunu isti mövsümlərin uzanması ilə izah edirlər.

BMT-nin proqnozlarına görə bu yüzilliyin sonunadək ekstremal yanğınlar 50 faiz artacaq.

Bu problemin həll edilməsi üçün tez bir zamanda istixana qazları emissiyasının əhəmiyyəli dərəcədə azaldılması lazımdır.

18 avqust 2022-ci ilə olan məlumata görə Rusiyada meşə yanğınları 3.2 milyon hektar sahəni əhatə edib.

Meşə yanğınlarından ən çox əzab çəkən region Uzaq Şərqdir.

24 saat” “
Dünyada yanan meşələrin yarısı Rusiya ərazisinə düşür (Video)
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Döyüş təlimi gündəlik həyat tərzinə çevriləndə

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button