2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Dünyanı 3200 dəfə dolayacaq qədər saç

Məqalədə söhbət qadın salonlarında saçların uzadılması proseduru üçün xammalın hardan gəlməsindən gedir.

Qəzet yazır ki, Britaniyanın gözəllik salonlarında saçların uzadılması üçün bir müştəridən 1000-1200 funt strelinq alırlar.
Son illərdə Britaniyada saçlarını uzadan qadınların sayı 70 faiz artıb.
Cheryl Fernandez-Versini-dən tutmuş Liz Hurley-yədək məşhurlar bu prosedurdan keçirlər.
Britaniya dünyada insan saçının üçüncü ən böyük idxalçısıdır və ildə 43 milyon ton saç alır.
Bu qədər saçla Yer kürəsini 3200 dəfə dolamaq mümkündür, – yazır qəzet.
Lakin çox az britaniyalı qadın tapılar ki, bu saçların hardan və ya daha dəhşətlisi – kimdən gəldiyini bilsin.
Saçlar hardan gəlir?
Bu sualın cavabını tapmaq üçün qəzetin müxbirləri cənubi Hindistana səfər ediblər.
Burada isə Yadagiriqutta məbədində yoxsul qadınlar növbəyə dururlar ki, onların saçlarını qırxıb Allaha qurban versinlər.
Qəzet yazır ki, hind qadınlarının saçları qiymətli sayılır. Onlar bir qayda olaraq saçlarına sintetik şampun vurmur, onları boyamırlar. Amma bu saçları sonradan istənilən rəngə salmaq, hətta sarışın rəngə çevirmək mümkündür. Bütün bunlara görə Hindistan dünyada insan saçının ən böyük ixracatçılarından biridir.
Saç ticarətində belə mal “bakirə saç” kimi tanınır.
28 yaşlı Lavanya Kakala məbədin qarşısında saatlarla gözləyib. İndicə onun saclarını polad ülgüclə qırxacaqlar. Lavanya bunun müqabilində heç nə almayacaq və buna təbii baxır.
“Mən bunu ona görə edirəm ki, Allahıma təşəkkür edim. Saçlarımın bundan sonra hara gedəcəyi məni narahat etmir. Qoy mənim saçlarım zibilliyə gedincə, hansısa qadının başında gözəlliyə çevrilsin” – deyir Lavanya.
“The Mail” yazır ki, hind ənənəsində saçların məbədlərə ehsan edilməsi qurbana bərabər tutulur.
Bəzən gün ərzində bu məbəddə 50 min qadın başlarının qırxılması üçün növbəyə düzülür.
Lakin narahatlıq doğuran budur ki, bura 5-6 yaşlı qız uşaqlarını da gətirirlər.
London Universitetində antropologiya pofessoru, “Saçların gizlinləri” kitabının müəllifi Emma Tarlo, deyir ki, dəfələrlə Hindistanın məbədlərinə baş çəkib və orada saçlarını ehsan etmək üçün növbəyə duran qadınları görüb.
Növbədəki qadınlardan biri ona deyib: “Saç qadının gözəlliyidir. Əgər qadın öz saçlarını Allaha qurban edirsə, deməli bu gözəllik birbaşa Allahın özünə gedir”.
Qram-qram emal, kilo-kilo satış
Lakin “The Mail” yazır ki, burada qırxılan saçlar Allahın özünə yox, Asiya boyunca, ələlxüsus da Çindəki əldəqayırma fabriklərə gedir. Hər belə fabrikdə 350-dək qadın çalışır.
Onlar saçları yuyur, darayır, qurudur və bürmələyirlər.
Ağır işdir. Bir işçi bir günə bəzən 150 qram saç emal edir.
Lakin qram-qram emal olunan saçlar tədarükçülərə kilo ilə satılır. Onların əksəriyyəti Birləşmiş Ştatlarda mənzillənib.
Burdakı sexlərdə saçları bir-birindən ayırır, qablaşdırır və Britaniya da daxil Avropanın bahalı salonlarına göndərirlər.
Tədarükçülərdən biri qəzetə deyib ki, onun istənilən vaxt Britaniyaya göndərmək üçün 10 kilo hazır “malı” var.
Gloria King adında bu qadın bildirir ki, saçları ona təhvil verənlər çox yoxsul adamlardır.
“Biz onlara 10 kilo saç üçün 45 funt sterlinq veririk. Onlar bu pulla ailələrini 3 həftə yedizdirirlər” – deyir saç taciri.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button