2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Dünyanı gəzməyə çıxmışdı, Bakıda velosipedini oğurladılar

Bir ildir ki, dünyanı gəzən velosipedçilər Bakıda xoş olmayan bir sürprizlə qarşılaşıb. Belə ki, artıq 7000 km-dən çox yol gələn turistlərin velosipedi Bakıda oğurlanıb. 

Bu haqda məlumatı biologiya kürsüsü rəhbəri Araz Zeyniyev sosial şəbəkədə yazıb. O bildirib ki, Valentin və iki yoldaşı velosiped ilə səyahətlərinə Fransadan başlayıb. Almaniya, balkanlar, Yunanıstan, Türkiyə, İraq, İran Gürcistandan keçib bir həftə əvvəl Bakıya gəliblər.

Saytların yığılması Saytlarin yigilmasi

Buradan da Qazaxıstana keçib dünya ətrafında tam dövrəni Çin, Avstraliya, Amerika, Afrika ilə bir neçə ilə tamamlamaq istəyirlər. Bu insanların fikri sadəcə elə-belə gəzmək deyil, yerli insanlarla müsahibələr götürüb nəticədə sənədli film hazırlayırlar. Artıq əllərində 100 saatdan çox video-müsahibə də var imiş:

“Və bilin görək Bakıda nə oldu? Valentinin velosipedini iki zəncirlə bağladığı mənim evimin balkonundan kəsib oğurlayıblar. Düşünürəm ki, velosipedini tapıb geri vermək yəqin çox çətindir, ancaq hər halda bu insanların yoluna davam etməsi, başqa bir velosiped alması üçün kömək etmək borcumuz var. Ağlımda bir neçə ideya var: Valentin və dostları indiyə kimi olan səyahətləri haqqında, müsahibələri haqda mühazirə verib diqqət çəkmək, kömək edə biləcək insanlar ilə əlaqə qurmaq, öz aramıza müəyyən məbləğı toplayıb kömək etmək, uyğun yerlərə şikayət etmək, və s.”




24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button