iqtisadiyyatİqtisadiyyat

Dünyanı nə gözləyir? – Taxıl sazişi uzadılır, taxıl sahələri isə azalır

Ukraynada buğda əkini sahələri 20 faizdən çox, arpa isə 30 faiz azalacaq.

Bunu Ukraynanın aqrar siyasət naziri Nikolay Solski bildirib.

Onun sözlərinə görə, bu, Kiyevin nəzarətində olan ərazilərdə fermerlərin 2021-ci ilə nisbətən daha az hektar sahədə əkin aparması ilə bağlıdır.

“Fermerlər dörd milyon hektar ərazidə buğda səpmək istəyirlər. Halbuki, ötən il 5 milyon hektar sahədə səpin aparılıb. Yəni bu il azalma 20 faizdən çox olacaq. Arpa üçün ötən il 800 min hektar istifadə edilsə də, bu il proqnozumuz maksimum 500 min hektar ərazi təşkil edəcək. Yəni ən azı 30% azalma var”.

Nazir hesab edir ki, fermerlərin payızlıq taxıl əkərkən ehtiyatlı olması bir neçə amillə bağlıdır: “Satışları, azot gübrələrinin qiymətinin qalxmasını, bahalı logistikanı və hava şəraitini proqnozlaşdırmaq mümkün deyil. Bu da müharibə olmadan da əkinə böyük müdaxilə etdi. Fermerlər qış üçün əkmədikləri sahələrə konkret nə əkəcəklər – əksər hallarda yuxarıdakı amilləri nəzərə alaraq mövsümə yaxın qərar verəcəklər”.

Nazir hesab edir ki, fermerlərin payızlıq taxıl əkərkən ehtiyatlı olması bir neçə amillə bağlıdır: “Satışları, azot gübrələrinin qiymətinin qalxmasını, bahalı logistikanı və hava şəraitini proqnozlaşdırmaq mümkün deyil. Bu da müharibə olmadan da əkinə böyük müdaxilə etdi. Fermerlər qış üçün əkmədikləri sahələrə konkret nə əkəcəklər – əksər hallarda yuxarıdakı amilləri nəzərə alaraq mövsümə yaxın qərar verəcəklər”.

Bu arada, müddəti noyabrın 22-də başa çatan Ukrayna ərzaq məhsullarının ixracına dair müqavilə daha da uzadılacaq.

Bu barədə Ukrayna İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu gün Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov İstanbuldakı Birgə Koordinasiya Mərkəzində Türkiyənin müdafiə naziri Hulusi Akar ilə taxıl dəhlizi təşəbbüsünün həyata keçirilməsi və onun noyabrın 22-dən sonra uzadılması ilə bağlı danışıqlar aparıb.

“Sazişdə iştirak edən tərəflər – BMT, TürkiyəUkrayna onun etibarlılığını uzatmağa hazır olduqlarını bildiriblər və əmin ediblər ki, layihənin uğurla həyata keçirilməsi üçün maksimum səy göstəriləcək. Taxıl dəhlizinin fəaliyyəti noyabrın 22-dən sonra da davam edəcək”, – məlumatda deyilir.

Qeyd olunur ki, taxıl dəhlizi fəaliyyətə başlayandan indiyədək 7,7 milyon tondan çox kənd təsərrüfatı məhsulları ixrac edilib.

Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, BMTTürkiyə Qara dənizlə Ukrayna taxılının ixracına şərait yaradan dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 1-də Odessa limanını tərk edib.

 

24 saatDünyanı nə gözləyir? – Taxıl sazişi uzadılır, taxıl sahələri isə azalır” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button