Rusiya ilə Ukrayna arasında təxminən bir il davam edən müharibə başa çatmaq üzrədir. Bölgədən gələn xəbərlər yaxından izlənildiyi bir vaxtda müharibənin yayıla biləcəyini ifadə edən Rusiya xarici işlər naziri Sergey Lavrov, “Moldova ikinci Ukrayna olmaq yolundadır” dedi.
Aİ təlim keçəcək ukraynalı kadrların sayını artırıb. Kiyevin işğala müqavimət göstərməsi üçün hərbi təlim keçəcək ukraynalı əsgərlərin sayı 30 minə çatdırılacaq.
Rusiyanın xarici işlər naziri Lavrov isə Avropanın Ukrayna ilə dialoqunun artmasından narazılığını bildirib. “Moldova ikinci Ukraynaya çevrilmək yolundadır” deyən Lavrov Rusiya dövlət televiziyasında müharibənin yayıla biləcəyini və açıq təhdidlər səsləndirə biləcəyini bildirib.
Silah yardımına reaksiya verən rusiyalı nazir, “Kiyevə nə qədər çox silah verilsə, biz onları bir o qədər uzağa itələyəcəyik” deyib.
Avropanın Rusiyaya qarşı sanksiyalarına yeni sanksiyalar əlavə edilib. Avstriya ölkədəki 4 rus diplomatın ölkədən çıxarılacağını açıqlayıb.
Tərcümə“24 SAAT”
You must log in to post a comment.