Now Reading:
Dünyanın ən soyuq yeri – 71 dərəcə şaxtada həyat (FOTO)

Rusiyanın Yakutsk şəhərində yerləşən Oymyakon kəndi dünyanın ən soyuq yeridir. Kənddə hava temperaturu indiyə kimi maksimum -71.2 olaraq ölçülüb. Əhalisi 500 nəfərə yaxın olan kənd dəniz səviyyəsindən 750 metr yüksəklikdə yerləşir.

BAKU.WS-in məlumatına görə, kənddə isinmək üçün yalnız odun və kömürdən istifadə edilir. 2 aylıq yaz fəslində havanın temperaturunun 30°C çatdığı bildirilir. Qışda heç bir şeyin yetişmədiyi bu kənddə yaşayanlar, ancaq şimal maralı və at əti ilə qidalanır. Kənd sakinləri maşınlarını günün 24 saatı işlək vəziyyətdə saxlayırlar. Mühərriki söndürdükləri təqdirdə yenidən işləməyəcəyini bilən kənd sakinləri maşınlarını gecə belə işlək vəziyyətdə saxlayır.

Kəndin tək məktəbi isə ancaq hava tempraturu -52 dərəcədən aşağı düşəndə tətil edilir. Tədqiqatçılar Rusiyanın Oymyakon kəndini dünyanın ən soyuq yaşayış yeri kimi göstərirlər. Oymyakonda havanın temperaturu bəzən o qədər aşağı düşür ki, qələm donur, insanların gözündəki eynəklər buz bağlayır və batareyalar gücünü itirir.

Oymyakonda yanvar ayında orta hava temperaturu -50 dərəcə olur. Kənddə qışda günəş yalnız 3 saatlıq görsənir.


SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.