2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Dünyanın ən böyük ailəsi: 500 nəfər bir araya gəldi – FOTO/VİDEO

Bu ailənin mənsublarının sayı 500 nəfərdir. Onların bir yerə yığışaraq ailə fotosu çəkdirmələri adi, normal şəraitdə mümkün deyil. Bu qədər insan sadəcə, kadra “yerləşməz”.

Çinin Çjezyan vilayətində bu ailənin fotosunu uçan pilotsuz aparat (PUA) vasitəsilə çəkiblər.

Ren ailəsinin fərdləri kəndin kənarına yığışaraq birlikdə foto çəkdiriblər. Ailə mənsubları Pekində, Şanxayda, Sinzyanda, hətta Tayvanda yaşayırlar.

Saytların yığılması Saytlarin yigilmasi

Bu möhtəşəm fotonun çəkilməsinin təşəbbüskarı və təşkilatçısı Ren Tuanjidir. 97 yaşlı Ren ailənin ağsaqqalı, nəslin böyüyüdür.

Onun dediyinə görə, ailə və nəsil mənsublarının ümumi sayı təqribən 1000 nəfərdir.

“Ona görə də yeni fotomuzda artıq 1000 nəfər olacaq”, – Ren Tuanji deyib.

(milli.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button