2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Dünyanın ən böyük almazı satılır

Dünyanın ən böyük almazı Sotbis hərracında satışa çıxarılacaq. Sotbis hərrac evi mayın 4-də onu Nyu-Yorkda ictimaiyyətə göstərib.

Tennis topu boyda olan daşın çəkisi 1109 karat, ilkin qiyməti isə 70 milyon dollardır.

“Sotbisdə işlədiyim vaxtdan briliantlar, qiymətli daşlar və zərgərlik işləri ilə məşğulam. Bu fenomendir, onu hətta ağıla gətirmək belə mümkün deyirl. Bu son 100 il ərzində dünyada tapılan ən iri almazdır”, Sotbisin beynəlxalq zərgərlik şöbəsinin rəhbəri Devid Bennet deyir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu daşı ötən ilin noyabrında Cənubi Afrikadakı Botsvana şaxtasından tapılıb və ona Lesedi la Rona adı qoyulub.

Bu almaz tarixdə böyüklüyünə görə ikincidir.

Ən böyük almaz 20-ci əsrin əvvəllərində tapılan və Britaniya kralına bağışlanan Kullinan almazıdır.

Həmin daşda çatlar olduğundan onu taraşlamaq, saxlamaq mümkün olmayıb, daş 9 hissəyə bölünüb.

Botsvanadab tapılan almaz iyunun 29-da Londonda satışa çıxarılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button