2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Dünyanın ən böyük broker şirkəti Türkiyə şirkətinin əksər hissəsini satın aldı

Dünyanın ən böyük broker şirkəti olan “Arthur J. Gallagher & Co” Baş ofisi İstanbulda yerləşən “Brokers’ House” sığorta və təkrarsığorta şirkətinin əksər hissəsini satın alıb.

“Gallagher”, bu satınalma ilə Türkiyə bazarına rəsmi olaraq daxil olub.  ABŞ nəhənginin satın aldığı “Brokers’ House”, sığorta sektorunda uzun illər çalışan Gündüz Tezel və Levent Özbilen tərəfindən qurulub. Tezel və Özbilen, şirkətin rəhbərliyində çalışmağa davam edəcəklər.

“Gallagher” yaydığı açıqlamada, “Türkiyə gedərək artan bir şəkildə əhəmiyyətli və böyüyən bir iqtisadi güc mərkəzi olaraq tanınır və bu satınalma bizə bölgədə böyümək üçün bir fürsət təqdim edir” deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

“Arthur J. Gallagher & Co” 1927-ci ildə İllinoisdə bir vasitəçi təşkilat olaraq qurulub.  2016-da “Fortune 500″ə ilk dəfə girən “Gallagher”in illik gəliri 6 milyard dollardan çoxdur. 150-dən çox ölkədə fəaliyyət göstərən “Gallagher”, 31 mindən çox işçiyə sahibdir.

Qeyd edək ki, ötən həftə Böyük Britaniya şirkəti “Howden Group Holdings” Türkiyənən broker şirkəti  “Matrix”i satın alıb. 

marja

Instagram

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button