Now Reading:
Dünyanın beşinci böyük almazı tapılıb

Lesotoda dünyanın beşinci böyük almazının tapıldığı bildirilir. 40 milyon dollar dəyəri ola biləcək bu qiymətli daşın tapıldığını bu gün – yanvarın 16-da “Gem Diamonds” mədən şirkəti açıqlayıb. Xəbəri “Agence France-Presse” yayıb.

Şirkət D-rəngli bu daşı Afrikanın cənubunda yerləşən, dənizə çıxışı olmayan ölkədə Letzeng mədənində tapıb. 910 karatlıq brilyantın “müstəsna keyfiyyətli” olduğu qeyd edilir.

“Gem Diamonds Letsengi 2006-cı ildə alandan bəri bu şaxtada dünyanın ən gözəl almazları aşkarlanıb, 603 karatlıq Lesoto Vədi (Lesotho Promise) də onlardan biriydi”, – şirkətin rəhbəri Clifford Elphick bəyanatda bildirir.

“Amma bu qeyri-adi, yüksək keyfiyyətli almaz indiyədək aşkarlanan ən böyük daşdır… Bu, tarixi tapıntıdır”, – o deyib.

“Liberum Capital” şirkətindən mədən təhlilçi Ben Davis investorlar üçün qeydində yazıb ki, almazın dəyəri 40 milyon dollar (33 milyon avro) ola bilər.

Xəbərdən sonra Londonda “Gem Diamonds”un səhmləri 14 faiz bahalanıb. (azadliq.org)

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.