2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Dünyaya gündəm olan o jurnalist danışdı…

Hələbdə atışma meydanından qucağına yaralı bir uşağı alıb qaçarkən dünya mediasına gündəm olan suriyalı jurnalist Abdülkadir Habak “jurnalistliyi buraxıb kömək etdim, uşaq çətin nəfəs alırdı, ağlayaraq təcili yardıma apardım ” dedi.

Türkiyənin “Habertürk” qəzetinin müxbiri Nalan Koçakın xəbərinə görə, uşaq paylanan cipsi və şəkərdən ala bilmək üçün qaçırmış: “Jurnalist Abdülkadir Habaksa kamerasıyla olanları çəkirdi. Bir anda partlama səsi eşidildi, Habak yerə sərildi. Yaralanmamıştı, dərhal ayağa qalxdı. Ətraf məhşər yeri kimi idi, onlarla ölü və yaralı eləcə yatırdı. Qaçmağa başladı, bir uşaq gözünə dəydi. Öldüyünü düşündüyü uşağı bir ümid kimi qucağına aldı, qaçmağa başladı. Dərhal yardım heyətinə təslim etdi. Digərlərinə kömək etmək üçün döndü, amma daha çox gücü qalmamışdı. Bir cansız bədənin yanına çökdü və hayqıraraq ağlamağa başladı… O anlar həmkarımı ölümsüzləşdirdi.”
Dünya bir çox hadisəyə 23 yaşlı Habakın kamerasından şahidlik edib. O, Hələbdə çox qanlı hadisələr yaşadı, 4 apreldə Xan Seyhun qəsəbəsindəki kimyəvi hücumu da görüb. O dəhşətdən 10 gün sonra yeni vəzifə yeri Fua və Kefrayadan azad edilənlərin aparıldığı Raşidin qəsəbəsi idi və məlum hadisə ilə orda qarşılaşdı.

Saytların yığılması Saytlarin yigilmasi

Habak uşağı qucağına götürdüyü an Xan Seyhundaki kimyəvi hücumu və oradakı qurbanları xatırladığını deyir: “O nəfəs almağa çalışdıqca ağlıma kimyəvi hücum sonrasında nəfəs almağa çalışan bir uşaq gəldi. “Qədər məni niyə bura gətirdi?” deyə düşündüm … Yalnız onlar deyil, son 6 ildə acı çəkərkən gördüyüm bir çox uşaq ağılıma gəldi. Hələbdədki xəstəxanada yaralı bir uşağın, yaralı qardaşını təskinlik etdiyi anlar məsələn .. ”

Xilas etdiyi uşağın vəziyyətinə gəlincə … Habakın əldə etdiyi məlumata görə, uşaq sağ qalıb və vəziyyəti yaxşıdır. Harada olduğunu öyrənər- öyrənməz uşaqla görüşmək istəyir.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button