2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Dünyaya sülhü yalnız türk gətirə bilər”

Dilavər Əzimli: “Bəşəriyyətin yalnız türkün himayəsi altında dinc yaşaması mümkündür”

Türkiyənin Suriya ərazisində İŞİD və PYD-yə qarşı apardığı əməliyyatlar davam edir. Hansı ki, bu əməliyyatlar BMT tərəfindən tənqid edilir. ABŞ isə israrla kürd silahlılarına qarşı aparılan əməliyyatları dərhal dayandırmağı tələb edir ki, bu da Suriyadakı məlum anti-terror əməliyyatının heç də hər kəsin ürəyincə olmadığından xəbər verir.

Maraqlıdır, ABŞ-ın bu tələbi onun açıq şəkildə PKK-PYD-i himayə etməsi kimi dəyərləndirilə bilərmi? Ümumiyyətlə, Türkiyənin öz təhlükəsizliyini təmin etmək üçün apardığı əməliyyatların həm BMT, həm ABŞ tərəfindən qınanmasına səbəb nədir?

Saytların yığılması Saytlarin yigilmasi

Məsələ ilə bağlıModerator.az-a açıqlama verən tanınmış tarixçi-pedaqoq, AMEA-nın tarix İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının sözçüsü Dilavər Əzimli Türkiyənin terrorçulara qarşı çətin şərtlər altında mübarizə apardığına diqqət çəkdi:

“Suriya hadisələrinin ilk günündən ABŞ PKK və PYD-ni müdafiə edibdir. Avropa da həmçinin… Suriya proseslərinin ilk günündən Türkiyə ciddi çətinliklərlə üzləşdi. Bir tərəfədən sərhədlərinin ətrafında baş verən qanlı döyüşlər, yəni İŞİD məsələsi, o biri tərəfədən ABŞ, Avropa və Risiya.

O biri tərəfədən ABŞ, Avropa və Rusiya maraqlarının üz-üzə gəlmək məsələsi… Bunlar cox ciddi proseslər idi. Suriya hadisələrinin ilk günündən ABŞ kürd kartını müdafiə edirdi. Onlar Suriya ilə Türkiyə arasındakı zolağı kürdlərin nəzarətinə verməklə Türkiyənin mühüm bir çıxış yolunu bağlayırdılar. Bu, əslində Türkiyənin tam nəzarətə alınması demək idi. Yadınızdadırda, İŞİD İraqda türkmanlara qarşı əməliyyatlar həyata keçirəndə ABŞ reaksiya vermədi. Amma İŞİD kürdləri vurmağa başlayanda dərhal reaksiya verdi. Türkiyə buprosesləri ciddi izləyirdi və zaman sübut edti ki, düzgün mövqe seçdi. Apardığı uğurlu diplomatik manevrlər sayəsində Suriya məsələsində bu günkü uğurlara nail oldu. İsraillə münasibətləri yoluna qoydu, Rusiya ilə diplomatik münasibətlər bərpa olundu. Böyük iş gördü. Zaman göstərdi ki, Türkiyə elə-belə dövlət deyildir. Bu gün Suriyada uğurlu və haqlı əməliyyat aparır. Bu əməliyyat nə ABŞ-ın, nə Avropanın, nə də Rusiyanın maraqlarını təmin etmir, daha doğrusu onların maraqlarına ziddir. Amma zaman Türkiyənin xeyrinə işləyir. Qaldı ki, BMT-yə, onun adı qalıbdır. BMT təbii ki, ABŞ maraqlarından çıxış etməlidir.

Hesab edirəm ki, Türkiyə düz yoldadır. Türkiyə bu gün Türk-Müsəlman dünyasının lideri qismində çıxış edir və onun maraqları ilə hesablaşmağa məcburdurlar. Bu, həm də tarixi ədalətin bərpasıdır. Dünyaya sülhü yalnız Türk gətirə bilər. Dünya yalnız Türkün himayəsi altında sakit yaşaya bilər. Bunu qoca tarix dəfələrlə sübut edibdir!”

 

Seymur Əliyev

 

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button