2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Düşmən dəyirmanına su tökən sapı özümüzdən baltaların TƏXRİBATI -VİDEO

Bakının simvoluna çevrilmiş “Alov qüllələri” kompleksinin üzrəində ötən gecə Ermənistan bayrağı əks olunub. 

24saat.org xəbər verir ki, bununla bağlı video və fotolar sosial şəbəkələrdə yayılıb. Bu  görüntülərin təsadüf nəticəsində ortaya çıxmadığı, elektrik enerjisi nəticəsində ölkədə yaranan böhranlı vəziyyətin dərhal ardınca yayılması, məsələnin təxribat olduğunu deməyə əsas verir

Belə məlum olur ki, qaranlığa qərq olmuş ölkənin paytaxtında elektrik enerjisinin verilişi bərpa olunan kimi şəhərin demək olar ki, hər yerindən görünən bu binalarda düşmən bayrağının əks etdirilməsi dövlətimizə verilən mesajdır, hətta təhdiddir.
Əminik ki, tezliklə aidiyyatı qurumlar bu təxribatı törədərək “düşmən dəyirmanına su tökən”nləri və onlara yardım edən “sapı özümüzdə baltalar”ı taparaq qanunvericiliyə uyğun şəkildə cəzalandıracaqlar. 
 
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button